Türkiyə Rusiya ilə Ukrayna arasında humanitar dəhliz kimi öz ərazisini təklif edib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan hüquqları üzrə komissarı Dmitri Lubinets deyib.
“Ankara Rusiya ilə əlaqə kanallarından istifadə edib mülki vətəndaşlar və ya yaralı əsgərlərin qayıtması üçün kommunikasiya vasitəsi olmaq istəyir. Biz də bunu istəyirik, onlar öncə Türkiyəyə, sonra isə Ukrayna ərazisinə qayıtsınlar”, - Lubinets bildirib.
Onun sözlərinə görə, hazırda Ankaranın təklifi müzakirə olunur.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Qərblə Rusiya arasında “böyük sövdələşmə” bağlanacağı halda Ukraynadakı münaqişənin sona çatacağını bildirib. Kalın Rusiyanın ilk növbədə ABŞ ilə yeni bir razılaşma əldə etmək istədiyini də irəli sürüb.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...