Ukrayna Prezidenti Vladimir Zelenski "Спокойной ночи, малыши!" verilişinin aparıcısı Angel Vovkla yanaşı proqramın qəhrəmanları - Xryuşa və Stepaşkaya qarşı sanksiyalar tətbiq edə bilər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu təkliflə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz Telegram kanalında çıxış edib.
"Mən hələ də Zelenskinin Xryuşanı və Stepaşkanı sanksiyalara məruz qoymasını gözləyirəm. Əgər indi Angelina Vovk “Ukraynanın milli təhlükəsizliyini təhdid edirsə”, onun iki personajı da qadağan edilməlidir”, - diplomat istehza ilə deyib.
Qeyd edək ki, yanvarın 15-də Zelenski Rusiya ilə əlaqəsi olan mədəniyyət xadimləri, jurnalistlər və bloqerlərə qarşı sanksiyalar tətbiq edib. 198 nəfər məhdudiyyətlərə məruz qalıb. Onların arasında prodüser Yana Rudkovskaya, rejissor Andrey Konçalovski, teleaparıcı Ancelina Vovk və başqaları var.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...