Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir şirkəti üzə çıxıb.
Buta.tv-nin xəbərinə görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, şirkət Türkiyədə fəaliyyət göstərir.
““Euroasiya İnvestment” inşaat sənaye və ticarət şirkəti 2021-ci ilin avqustunda Türkiyədə neft axtarışı ilə məşğul olmaq üçün bu ölkənin Enerji və Təbii Qaynaqlar Nazirliyinin Mədən və Petrol İşləri Genel Müdirliyinə müraciət edib. Şirkət 2008-ci ildə İstanbul Beşiktaşda 10 milyon lirə nizamnamə kapitalı ilə təsis olunub, sonradan nizamnamə kapitalı 22 milyon lirəyə qədər artırılıb. 2019-cu ilin fevralından Anar Məmmədov şirkətin yeganə pay sahibidir”, - o qeyd edib
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...