Britaniyanın Ukraynaya “Challenger 2” tankları göndərmək planı döyüş əməliyyatlarını sona yaxınlaşdırmayacaq, əksinə, müharibəni daha da kəskinləşdirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Londodakı səfirliyi məlumat yayıb.
“Challenger 2” tanklarına gəlincə, onlar çətin ki, Ukrayna Silahlı Qüvvələrinə döyüş meydanında vəziyyəti dəyişməyə kömək etsinlər, lakin onlar Rusiya silahları üçün qanuni böyük hədəfə çevriləcəklər”, - səfirlik bildirib.
Qeyd edək ki, Britaniya Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında Kiyevə “Challenger 2” tankları veriləcəyini açıqlamışdı.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...