Təyyarədə doğuş əməliyyatı: inanılmaz olay baş verdi

14:20 - 14 Yanvar 2023 - HADİSƏ

 Təyyarədə doğuş əməliyyatı: inanılmaz olay baş verdi

Ural Hava Yolları şirkətinin Jukovsk-Xucand reysində olduqca maraqlı hadisə baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə şirkətin Teleqram kanalında qeyd edilib.

Təyyarə havaya qalxandan sonra hamilə qadının doğuş sancıları başlayıb. Ekipaj bu barədə xəbər tutan kimi sərnişinlər içərisində həkim olub-olmaması ilə bağlı müraciət edib.

Əsl möcüzə də bu müraciətlə ortaya çıxıb: məlum olub ki, sərnişinlər içərisində neonatoloq, iki mamaça, hətta iki nəfər də rentqenoloq var.

Beləliklə, uçan “tibb personalı” dərhal səfərbər olub və doğuş əməliyyatı başlayıb.

Təyyarə kapitanı təklif etsə də, həkimlər təcili enişə heç bir ehtiyac olmadığını, doğuşu həyata keçirmək üçün hər cür şərait olduğunu bildiriblər.

Bir müddətdən sonra isə sap-sağlam qız uşağı dünyaya gəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol