Azərbaycanda hasil edilən qazın həcmi açıqlandı

22:46 - 13 Yanvar 2023 - GÜNDƏM

 Azərbaycanda hasil edilən qazın həcmi açıqlandı

Ötən il Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 25,2 milyard kubmetri “Şahdəniz”dən, 8,1 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artım qeydə alınıb.

Energetika Nazirliyindən BUTA.TV-a bildirilib ki, hesabat dövründə xaricə qaz satışı 22,3 milyard kubmetr təşkil edib. Bu da 2021-ci illə müqayisədə 18 faiz çoxdur. Yanvar-dekabr aylarında Avropaya 11,4 milyard kubmetr, Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP vasitəsilə bu müddətdə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2023-cü il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 203,4 milyard kubmetr, “Şahdəniz”dən isə 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 128 milyard kubmetrə yaxını ixrac olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol