“Böyük bacı” İrəvanda erməniləri məyus etdi

15:52 - 13 Yanvar 2023 - GÜNDƏM

 “Böyük bacı” İrəvanda erməniləri məyus etdi

Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.

BUTA.TV xəbər verir ki, ötən gecə piyada İrəvan küçələrini gəzən, bu gün səhər isə qondarma erməni soyqırımı abidəsini ziyarət edən Yael Bron-Pive Ermənistan parlamentinin sədri Alen Simonyanla mətbuat konfransı da keçirib.

Mətbuat konfransında erməni mediasının sualına cavab olaraq Bron-Pive deyib ki, “Dağlıq Qarabağı statusu”nu müəyyən etmək Fransanın işi deyil:

“Bizim mövqeyimiz dəqiqdir: Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, statusunu da Fransa müəyyən edəsi deyil. Onun statusu məsələsini beynəlxalq hüquqa uyğun olaraq konflikt tərəfləri özləri müəyyən etməlidir”.

O, problemin yalnız sülh danışıqları ilə həll edilməsinə inandığını bildirib.

Qeyd edək ki, kifayət qədər diplomatik dillə deyilən bu fikirlər Fransada belə “Dağlıq Qarabağ probleminin” artıq keçmişdə qaldığına inandıqlarını təsdiqləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol