Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Bu gün Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var"

Ölkə
"Bu gün Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var"

"Bu gün Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmiz qlobal enerji layihələrində aktiv iştirak edir. İqtisadiyyatın inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər tədbirlər həyata keçirilir".

 

Buta.ws xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

C.Məmmədov bildirib ki, beynəlxalq müstəvidə də Azərbaycana fərqli münasibət var: "Dünyada ölkəmizə olan inam və etimad günü-gündən daha da artır. Prezident İlham Əliyev bir sıra mühüm təşəbbüslərlə sıxış edir, beynəlxalq səylərə dəstək verir. Pandemiya dövründə Azərbaycan bir çox beynəlxalq videokonfrans formatında görüşlərin təşəbbüskarı və təşkilatçısı oldu.

 

Ermənistan barədə bunu demək mümkün deyil. Bu ölkədə vəziyyət acınacaqlıdır. Ölkə iqtisadiyyatı çökür, Ermənistan bir çox enerji layihələrindən tamamilə kənarda qalıb. Bu gün Ermənistan iqtisadiyyatı qonşu xarici dövlətlərdən bilavasitə asılıdır. İqtisadiyyat getdikcə daha da çökür.

 

İnsan hüquqları sahəsində də bu ölkədə vəziyyət yaxşı deyil. Davamlı olaraq insan hüquqları pozulur. Günü-gündən korrupsiya faktları artır. Ermənistanda siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlər var.

 

Ermənistan pandemiya sınağından da üzüağ çıxa bilmədi. Azərbaycan hökuməti pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımlar atıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, fond yaratdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir neçə müraciəti oldu. Bu tədbirlər nəticəsində virusun ölkəmizə mənfi təsirləri minimuma endirildi. Ermənistanda isə vəziyyət tamamilə nəzarətdən çıxdı, bu ölkə pandemiya ilə effektiv mübarizə apara bilmədi. Pandemiyanın yayılmasının nəzarətdən çıxması, baş nazirin yoluxma sayına görə Ermənistanın dünyada lider olması barədə etirafı bu fikri bir daha təsdiq edir".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla