Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Tikinti şirkətləri və aidiyyəti qurumlar məsuliyyətə cəlb edilməlidir - VİDEO

Ölkə
Tikinti şirkətləri və aidiyyəti qurumlar məsuliyyətə cəlb edilməlidir     - VİDEO

Əksər yeni tikilən binalarla köhnə tikililər arasında məsafə təxminən 3-4 metr olur. Bu isə sakinlər üçün, xüsusən uşaqlar üçün həyati baxımından çox təhlükəlidir. Binadan gələn səs-küy, toz torpaq isə vətəndaşalar üçün ayrı bir problemdir.

 

Buta.ws zəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

 

Sakin: "Binanı elə yerdə tikirlər ki, adamın evinin içi görsənir".

 

Sakin: "Səs-küy, laqondanın, drelin səsi beynimizə düşür. Həyətimizə çıxıb, bir paltarımızı da geyinə bilmirik".

 

Sakin: "Toz-torpaq silməkdən bezmişik. Xeyri yoxdur, toz torpaq külək vurur hamısı qapıya tökür. Adam qorxur. Kran 3 metrdən hündürdür, külək əsdikcə əsir, elə deyirsən bu dəqiqə evin üstünə düşəcək. Qorxuruq, uşaqlar bayıra çıxa bilmir. Nəvələrim gələ bilmir mənim yanıma. Hamısı qorxur ki, nənə qorxuruq ordan".

 

Ramil Qasımzadə - Ekspert: "Bəzən tikinti normaları pozulur. Bir çox hallarda əsasən də bu binalar arasında ara məsafəsi gözlənilmir. Tikinti əvvəllər binalar arasında məsafə yeni tikilən binanın divar hündürlüyünün 1.5 əmsalına vurulması ilə həyata keçirilirdi".

 

Amma şəhərsalma və tikinti məcəlləsinə edilən dəyişiklikdən sonra tikililər arasındakı ara məsafəsi də dəyişib.

 

Ramil Qasımzadə - Eksepert: "Bu əmsal 0.6-ya endirildi. Yəni 100 metr əgər divar boyu varsa, digər bina ilə ara məsafəsi 60 metr olmaqla saxlanılmalı idi.  Binaların hava axını baxımından günəş şüasının mənzilərlə düşməsi baxımından əhəmiyətlidir".

 

Lazım olan ara məsafəsini saxlamayan, qaydalara əməl etməyən tikinti şirkətlərindən bunun niyəsini soruşanda, cavab ya olmur, ya da qapını üzümüzə çırpıb gedirlər.

 

Ekspertlər deyir ki, bu cür tikinti şirkətləri heç olmasa, ərazidə yaşayan vətəndaşların həyatına biganə yanaşmamalı və onların təhlükəsizliyini nəzərə almalıdır.

 

Anar Məlikov - Ekspert: "Ətraf düzgün şəkildə fiziki baryerə alınmalıdır. Müəyyən setka örtüklərindən, tor örtüklərindən istifadə edilməli, yəni hər hansı bir qırıntı daxil olmaqla ərtafda heç nəyə ziyan vurma potensialı yaratmamalıdır".

 

Ramiz İdrisoğlu - Mətbuat katibi: "2018-ci ilin avqust ayından etibarən Bakı şəhərinə münasibətdə tikinti və istismara icazələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Komitəyə təqdim edilən planlaşdırma sənədləri və tikinti layihələrində bütün mövcud normativlər o cümlədən də ara məsafəsinin saxlanılması məsələsinə xüsusi diqqət yetirilir".

 

Şəhərdəki əksər yeni tikililərin inşaasına məhz həmin tarixdən əvvəl başlanıldığı bildirilir. O zaman isə tikintiyə icazəni yerli icra hakimiyyəti orqanları verib. Ekspertlər hesab edir ki, vətəndaşı nəzərə almayan, onun həyatına təhlükə yaradan tikinti şirkətləri və buna göz yuman aidiyyatı qurumlar məsuliyyətə cəlb olunmalıdır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla