Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Nazilə Səfərli müğənniləri qınadı: “Toy yoxdursa, efirə niyə çıxım?”

Maqazin
Nazilə Səfərli müğənniləri qınadı:     “Toy yoxdursa, efirə niyə çıxım?”

Məşhur şairə Nazilə Səfərli bəzi müğənnilərdən şikayətlənib.

 

Buta.ws Oxu.az-a istinadən xəbər verir ki, N.Səfərli ARB telekanalında yayımlanan "Ona qalsa" verlişində toya görə efirə gəlməyən müğənniləri qınayıb:

 

"Müğənnilər vardı, mənə yalvarırdılar ki, bizi efirə çağır. Amma indi bilirsiniz nə deyirlər? "Toy yoxdursa, efirə niyə çıxım, bir də gedim gözəllik salonuna 60 manat verim, orada saçımı düzəldim, 100 manat verim vizaj etdirim."

 

Elə kişi müğənnilər də eyni şeyi deyir. Onlar da fikirləşir ki, bərbər bunlara xüsusi xidmət etməlidir, saçına jele vuran var, lak vuran var, tərz edən var.

 

Sən demə, ağ üzlə qara üzün bəlli olan vaxtı imiş, sən demə, illərdir xalqa sənət nümayiş etdirirəm deyib, don geyinən bəzi sənətkarlar xalqın toyları üçün çalışırmış, xalqın gözündən pərdə asırmışlar. Bu mənə çox acı gəlir. "Mən xalqım üçün xidmət edirəm" deyən insanlar, xalq sizi gözləyir ekran qarşısında. Siz isə deyirsiniz ki, toy yoxdursa, niyə çıxım. Bu zamanda xalqın qarşısına çıxmasanız, karantin zamanı kefini kök etməsəniz, toy zamanı da siz onlara lazım olmayacaqsınız", - deyə, N.Səfərli bildirib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla