Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Əməkdar artistdən qalmaqallı açıqlama: “Mən “div” doğulmuşam, Aygün isə “diva”dır” - VİDEO

Maqazin
Əməkdar artistdən qalmaqallı açıqlama:     “Mən “div” doğulmuşam, Aygün isə “diva”dır” - VİDEO

Əməkdar artist Elza Seyidcahan gündəmi çalxalayacaq açıqlamalar verib.

 

Buta.ws Oxu.Az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçiyə verilişinin heyəti tərəfindən zərflər təqdim olunub.

 

Elza zərflərdən çıxan sözlərin monitorda fotosu əks olunan hansı sənət nümayəndəsinə aid olduğunu müəyyən etməli idi. İlk zərfdə yazılan “Ən çox hiti olan müğənni” sözləri üçün müğənni Əməkdar artist Ədalət Şükürov və Xalq artisti Aygün Kazımovanın adlarını çəkib.

 

İkinci zərfdəki “Yalançıdır” sözünə isə Seyidcahanın cavabı belə olub: “Monitorda olan müğənnilər arasında həmin yalançı var. Özü də ağ yalançıdır. Amma adını demək istəmirəm. Adı lazım deyil baş hərfi “Y”, yəni yalançı”.

 

Üçüncü zərfi açıb “Diva” sözünü görən Elza kameranın onu yaxından çəkməsini xahiş edərək, fikirlərini belə davam etdirib: “Diva” Aygün Kazımovadır. “Div” də olur, “diva” da. “Diva” div sözündən yaranıb. Mən “div” doğulmuşam. Daha “A”ya ehtiyac yoxdur. Aygün Kazımovanın adı “A” hərfi ilə başladığı üçün “div” sözünün sonuna “A” hərfi gəlib, olub “Diva”.

 

Dördüncü zərfdən çıxan “xəsis” sözünə bəstəkar – müğənni Ramal İsrafilovun adını çəkərək, onu xəsislikdə ittiham edib: “Xəsis Ramal İsrafilovdur. O mənim 3-4 mahnımı oxuyub. Karantin dövründə gəlib “mənə dəyməli idi” (Oxuduğu mahnıların pulunu verməlidir – red.). Hardadır onun bazarlıqları? Gəlib qapımı döyüb deməli idi ki, ananız harada yaşayır, gedim ona bazarlıq aparım. Bəs mən sənə 3-4 mahnı hədiyyə etmişəm. Hardasan ay Ramal?”

 

Reklamlardan sonra E.Seyidcahan R.İsrafilov barədə söylədiyi qalmaqallı və sərt fikirlərini yumuşaltmaq üçün sözlərinə düzəliş edərək “Əslində Ramal xəsis deyil. Sadəcə ona ərkim çatdığından adını çəkdim. Amma monitorda olan həmkarlarım arasında simic, yalançı, süni və saxtakar var. Allaha dua edirəm ki, yatanda yuxuma o girməsin”, - deyərək məsələyə nöqtə qoyub.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla