Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda hər kəs koronavirusa yoluxacaq, əgər... - ŞOK XƏBƏRDARLIQ

Ölkə
Azərbaycanda hər kəs koronavirusa yoluxacaq, əgər...     - ŞOK XƏBƏRDARLIQ

"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”.


Buta.ws xəbər verir ki, bunu apa-ya açıqlamasında həkim-infeksionist Vüsalə Talıblı deyib.


O bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əslində, çox bəsit qorunma üsulu var. Amma insanlar maska taxmaq istəmirlər.


Maska taxılmaması ilə bağlı cəriməni çoxdan gözləyirdim. İnsanlar özləri düşünməli, məsuliyyətli olmalıdırlar. Biri maska taxırsa, digəri də taxmalıdır. Virusa yoluxma riski artır. Əgər bir nəfər avtobusda digəri ilə 15 dəqiqədən artıq yan-yana dayanırsa, bu, artıq risk faktorudur. Bu, yaxın təmas sayılır.


Virus yeni yayılanda insanlarda qorxu olduğu üçün lazımsız maska və əlcək istifadəsi var idi. Spirt, maskaya tələbat birdən-birə artdı. Hər kəs daha diqqətli idi. Halbuki o vaxt xəstə sayı indiki qədər deyildi. İndi isə virusa yoluxmuş şəxslər daha çoxdur və cəmiyyətdə hər birimiz o insanlarla qarşılaşırıq. Ona görə daha diqqətli olmalıyıq. Hər birimiz virusa yoluxa bilərik. İnsanlar karantin rejimi yumşaldıldığı üçün indi sanki belə bir xəstəlik yoxmuş kimi davranırlar. Sosial məsafə saxlamaq mümkün olmayan yerlərdə daha diqqətli olmaq və mütləq maska taxmaq lazımdır”.


V. Talıblı qeyd edib ki, virus infeksiyalarında maska taxmaq kifayət qədər qoruyucu təsirə malikdir: "Əgər kiminləsə yaxın təmasda durmusansa, belə halda maska tam qoruyucudur. O halda qoruyucu deyil ki, xəstə sənin üstünə asqırır və ya öskürür. Spirtdən çox sabunla əl yumaq daha effektivdir. Spirt üzərimizdə olmalıdır, çünki hər yerdə əl yumağa şərait olmur. Əlləri düzgün qaydada yuyanda məsələ normal təmizlənir”.


İnfeksionistin sözlərinə görə, koronavirusa yoluxma sayında artım gözlənilir: "Digər virusları da nəzərə alaraq, qaydalara riayət olunmasa, bu virusu qızılca, suçiçəyi kimi hər birimiz keçirəcəyik. Gözlədiyim budur. Qaydalara riayət etməsək, hər birimiz mərhələ-mərhələ bu xəstəliyə yoluxacağıq. Artıq bu virus qaçılmazdır. Ona görə əlimizdən gələni etməli, maska taxmalı, sosial məsafəni gözləməliyik. Qızılcanın peyvəndi var, bunu uşaqlara vurdururuq, bu virusun isə peyvəndi yoxdur”.


V. Talıblı bildirib ki, insanlar sıxlıq olan yerlərdə qaydalara daha ciddi riayət etməlidirlər: "Ehtiyac olmadığı halda ictimai nəqliyyatdan istifadə etməsinlər. Çünki karantin yumşaldıqca yoluxmanın artması qaçılmazdır. Yoluxma sayı da bu şəkildə arta-arta gedəcək. Ümumilikdə, virus xəstəlikləri yayda deyil, payızda daha çox pik həddə çatır. Qripə yoluxma həmin vaxtlarda necə pik həddə çatırsa, bu virus da həmin vaxtda pik həddə çata bilər. Bunu heç kim tam proqnozlaşdıra və ya inkar edə bilməz ki, olmayacaq. Ola bilər ki, koronavirusa yoluxma payız, qış aylarında daha da artsın. Xəstəliyə inanmır, elə bilirlər ki, boş şeydir, amma elə deyil. İnsanlar, ilk növbədə, koronavirusun olduğuna inanmalıdırlar”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla