Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Vahid Əhmədovun belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm" - Elman Nəsirov

Siyasət
"Vahid Əhmədovun belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm"     - Elman Nəsirov

Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.


Məsələ ilə bağlı deputat Elman Nəsirov Sonxeber.az-a açıqlama verib.


Deputat bildirib ki, Milli Məclisin deputatı, həmkarı Vahid Əhmədovun Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı
Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi fikirlər tamamilə əsassızdır:


"Xüsusilə də onun guya ki, Ermənistan Baş nazirinin qondarma rejimdə keçirilən qondarma seçkilərdən sonra Şuşa şəhərində andiçmə mərasimində iştirak etməsi, orada şənlənməsi kimi məsələlərdə Azərbaycan Müdafiə Nazirini ittiham etməsi və eyni zamanda ölkə rəhbərliyinə qarşı da orada fikirlər var. Çünki Vahid Əhmədovun mövqeyindən belə çıxdı ki, Azərbaycanın Müdafiə Naziri vəziyyətlə bağlı Ali Baş Komandanı ya lazımı səviyyədə məlumatlandırmır, ya da ki, heç ümumiyyətlə məlumatlandırmır. Hesab edirəm ki, bu çox ciddi və əsassız ittihamdır. Hesab edirəm ki,bu gün Azərbaycanda ən fəal nazirlərdən biri də məhz Müdafiə Naziridir.


Deputat bildirib ki, o şəxsən Müdafiə Nazirliyinin xətti ilə bütün cəbhə bölgəsində, təmas xəttində olub:


"Orada olan vəziyyət ilə tanışlıq, zabit, əsgər heyətinin xidməti vəziyyəti, onların ərzaqla təminatı, lazımi bütün şəraitin təmin olunduğunu öz gözlərimlə görmüşəm. Eyni zamanda əsgərlərimizin çox böyük döyüş ruhunda olduğuna şahidlik etmişəm. Hətta mənə belə epizodlar danışdılar ki, ölkənin Müdafiə Naziri əslində heç kimə xəbər etmədən istənilən hərbi hissəyə gələ bilər və hər an onun gəlişini gözləyirlər. Ona görə də hər zaman hərbi hissələr Müdafiə Nazirininn gözlənilməz gəlişinə hazır vəziyyətdədirlər. Ona görə də Azərbaycan Ordusunda çox ciddi nizam-intizam var. Onları mən kimdənsə eşitməmişəm, şəxsən öz gözlərimlə görmüşəm. Yəni, özüm şahidlik edirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, Vahid müəllimin söylədikləri obyektiv, reallığı əks etdirmir. Çünki Vahid müəllim kifayət qədər təcrübəli deputatdır və bu qədər təcrübəli deputatın niyə belə ciddi səhvə yol verdiyini hələ də anlaya bilmirəm".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla