Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Dünya
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun - dünyanın əksər ölkələrində 1950-ci ildən qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür (International Children's Day).


Uşaqlara diqqət yetirib qayğı göstərmək, onları müdafiə edib qorumaq - dünyanı qorumaq, bəşəriyyəti yaşatmaq deməkdir. Mustafa Kamal Atatürkün bir kəlamı var: “Vətəni qorumaq uşaqları qorumaqla başlayar”.


Həqiqətən də bəşəriyyətin ən böyük və ən dəyərli sərvəti uşaqlardır. Bu sərvəti qorumaqla Yer üzündə həyatı qorumuş, gələcəyimizi təmin etmiş oluruq. Əsərlərində yeni texnologiyaların heç vaxt bəşəri dəyərləri əvəz edə bilməyəcəyini israrla vurğulayan görkəmli yazıçı və pedaqoq Nil Postman uşaqları “görməyəcəyimiz bir zamana yolladığımız canlı məktublar” adlandırmışdır. Bu məktubları dərin məzmunla, səliqə və sahmanla yazan bəşər övladı öz həyatını layiqincə yaşamış olur.


Biz, böyüklər, gündəlik problemlər və qayğılar burulğanında çox zaman ətrafımızda bir çox keyfiyyətləri bizimlə müqayisədə qat-qat üstün olan azyaşlıların mövcudluğunu unuduruq. Uşağın ruhunu anlamaq, ona dost, yaxın və doğma bir insan olmaq, əlbəttə, asan deyil. O körpədir, saf niyyətli, təmiz qəlbli varlıqdır, səmimi və həssasdır, biz də onun uşaq fəlsəfəsinədək ucalmalı, ona çatmalı və onunla bu həyatı yaşamalıyıq.


İnsanın Yer üzündəki məqsədi özündən sonra həyatı daha da gözəlləşdirə biləcək “cücərtilər” qoymaqdır. Bu kövrək “cücərtilər” – bizim körpələrdir, çünki hər bir uşaq qızıldan da, ləl-cavahiratdan da, bütün səmavi sərvətlərdən də dəyərlidir.


Gələcəyin “cücərtilərini” bəsləyib böyütmək, onları sevgimizlə əhatələmək, ürəyimizin istiliyini bu daim narahat və şıltaq varlıqlarla bölüşmək necə də gözəldir... Bu varlıqların sonu görünməyən "harada? nə vaxt? niyə?” sualları, aşıb-daşan enerjisi bizə hər şeyi unutdurur.


Biz onların sual dolu baxışlarını qarşılamalı, söylədiklərini dinləməli, təəssüratlarını və problemlərini bölüşməliyik. Körpələrimizin qəlbini, şüurunu usanmadan qidalandırmalı, ən yüksək insani keyfiyyətlərin aşılanmasına töhfə verməli və onların daxili dünyasını daim zənginləşdirməliyik.


Budur həyatımızın mənası...


Övlad böyütmək məsuliyyətli və şərəfli işdir. Uşaq qarşısında təzadlı və rəngarəng həyata, nəhəng və sonsuz aləmə ilk sehrli qapını açan da bizik, uşaqlarımızın bütün dünyanı özündə cəmləşdirə bilən, hər sözümüzü, hər baxışımızı, hər əməlimizi sonsuz maraqla izləyən gözlərini ilk dəfə görən də bizik, onlara nə qədər gərəkli olduğumuzu dərk etməli olan da bizik.
İstəyimiz övladlarımızı sağlam və xoşbəxt, ağıllı və dərrakəli, mehriban və qayğıkeş görməkdir. Arzumuz Ədalət və Həqiqət, Sevgi və Gözəllik kimi məfhumların övladlarımız üçün ən yüksək dəyərlər olaraq qalmasıdır. Diləyimiz uşaqlarımızın sülhün, sabitliyin və əmin-amanlığın hökm sürdüyü dünyada azad və xoşbəxt yaşamalarıdır.


Uşaqlarımızı olduqları kimi qəbul etməyi, onlarla səmimi münasibət qurmağı, təkcə valideyn yox, həm də dost olmağı, problemlərini dərk etməyi, onlara diqqət və qayğı göstərməyi bacarmalıyıq.


Budur uşaqlara olan sevgimizin mənası...


Qəlbimizdəki həyat eşqini yaşatmaq istəyiriksə, övladlarımızla ünsiyyətdən yorulmamalı, nəvələrimizə qoşulub gəncliyimizə qayıtmalıyıq. Onda özümüzü bu dünyanın ayrılmaz tərkib hissəsi kimi görmüş olarıq.


Bu dünyada bir kəs var ki, rəngarəng həyatımızda şirin təbəssümü ən gözəl naxış, cingiltili gülüşü ən parlaq bəzəkdir. Onun sevinci bizi sevindirir, uğuru – qanadlandırır. Bu kəs – bizim övladımızdır. Nahaqdan deməmişlər ki, həyatın bütün sevinci körpənin təbəssümündə cəmləşmişdir.


Uşaqlarımızı qoruyaq... Gələcəyimizi qurmaq üçün... Özümüzü gələcəyin yaddaşında yaşatmaq üçün...

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla