Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Ölkə
Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Azərbaycanlı qıza elçi düşən və Türkiyədən xına mərasimi keçirmək üçün Azərbaycana gələn  Çakır ailəsi koronavirus səbəbindən iki ay burada qaldıqdan sonra nəhayət ki, Rizəyə dönüb. Təyyarə ilə Malatyaya təxliyyə ediləndən sonra 14 gün karantində qalan ailə artıq yaxınlarına qovuşub.

 

Buta.ws Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, rizəli 27 yaşlı Rəsul Çakır 21 yaşlı Gülyana Yekayeva ilə evlilik qərarı alıb. Martın 12-də cütlük üçün Balakəndə xına mərasimi təşkil edilib. Mərasimdə bəy Rəsul Çakır ilə yanaşı, anası Gülhan, atası Həsən, qohumları Mustafa Çakır da iştirak edib. Mərasimdən sonra ailə geri qayıtmaq istəyib. Lakin Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhədləri bağlandığı üçün ölkəni tərk edə bilməyiblər. Onlar bir müddət yeni qohumlarının evlərində qalıblar. Daha sonra isə sərhəddə gözləməyə başlayıblar. Martın 25-də Rizədə keçirilməsi planlaşdırılan toyu da təxirə salan ailə 2 ay Azərbaycanda kirayə evdə qalıblar.

 

Artıq Çakır ailəsi Rizənin Çamlıhemşin mahalınım Çayırdüzü kəndinə gəlib. Azərbaycanda olduqları müddətdə virusa yoluxmaqdan çox qorxduqlarını açıqlayan Çayırdüzü kəndinin muxtarı Həsən Çakır Türkiyəyə geri dönə bilməyəcəklərinə görə də narahatlıq keçirib: "Azərbaycana getdik, xına gecəsindən 2 gün sonra sərhədlər bağlandı. Orada təcrid vəziyyətində qaldıq. Dövlətimiz təxliyyə təyyarəsi göndərdi, Türkiyəyə gəldik. Malatyada karantində qaldıqdan sonra məmləkətimizə gələ bildik. Azərbaycanda olarkən virusa yoluxacağımızdan çox qorxurdum. Çünki bizim imkanlarımızla oradakı imkanlar eyni deyil. Bütün dünyada virus tüğyan edirdi və yenidən Türkiyəyə dönə bilməyəcəyimizə görə narahat idim. Sağ olsunlar, konsulluqdan bizə tez-tez zəng edirdilər. Bu da bizi ümidləndirirdi. Artıq məmləkətimizdəyik, işimizə geri döndüyümüzə görə çox xoşbəxtik. Allah heç kəsi çıxılmaz vəziyyətdə qoymasın”.

 

Gülhan Çakır da çox çətin bir dövr yaşadıqlarını bildirib: "Ölkəmizə qayıda biləcəyimiz xəbərini aldığımız zaman sevindiyimizdən uçurduq. Türkiyəyə gəlib çatana qədər buna inana bilmirdik. Artıq çox xoşbəxtik. Ən yaxşısı Türkiyədir, başqa bir şey demirəm".

 

Ailənin yaxın qohumu Mustafa Çakır da Azərbaycanda olarkən konsulluğun onlarla daim əlaqə saxladıqlarını söyləyib: “Sonuncu dəfə bizi aparmağa gələcəklərini söylədilər. Əlbəttə ki, yenə də narahat idik. Üzərində türk bayrağı olan qırmızı təyyarəni görəndə dünyalar bizim oldu. Biz təyyarəylə Türkiyəyə qayıtdıq. Allah, dövlətimizə, millətimiz pis günlər yaşatmasın. Bizi karantin üçün Malatyaya apardılar və təyyarədən enəndə yeri öpdüm”, - M.Çakır deyib.

 

Toya hazırlaşan bəy Rəsul Çakır da bu iki ay ərzində çətin günlər yaşadıqlarını dilə gətirib: “Azərbaycanda olduğumuz müddətdə çətinliklər çəkdik. Qayıdacağımızı bilmədən gözlədik. Ancaq gələcək həyat yoldaşım orada olduğuna görə xoşbəxt idim. Onu gətirə bilmədim. Sərhədlər yenidən açıldığında gətirəcəyik. Yazda toy etməyi planlaşdırırıq."

 

Xatırladaq ki, buna bənzər hadisə Qazax rayonunda da baş vermişdi. Ərdahandan nişan üçün gələn türkiyəli bəy və qohumları sərhədlər bağlandığı üçün Azərbaycanda qalmışdılar. 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla