Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanın bu silahları Ermənistanı xəritədən silə bilər – SİYAHI

Siyasət
Azərbaycanın bu silahları Ermənistanı xəritədən silə bilər     – SİYAHI

Düşmən ordusu Naxçıvan istiqamətində irəliləmək istəyib.

 

Buta.ws xəbər verir ki, son aylarda həm Qazax, həm də Naxçıvan istiqamətində düşmən fəallaşaraq təxribatlar törətməkdədir.

 

Politoloq Zaur Məmmədov Qazet.az-a açıqlamasında qeyd edib ki, müharibə başlayarsa, ordumuz Naxçıvan istiqamətindən İrəvana zərbələr endirə bilər.

 

“Ordumuz İrəvandan Qarabağa gedəcək strateji yolları, Ermənistan – İran istiqamətindəki nəqliyyat dəhlizini də darmadağın edə bilər. Naxçıvanın 40 km-liyində olan İrəvanın hədəfə alınması ehtimalı düşməni daim səksəkədə saxlayır. Son illərdə Azərbaycan Naxçıvanda ordunu ən yüksək silahlarla təchiz etməkdə davam etməkdədir”.

 

ABŞ-ın Ceymstaun Araşdırma Fondunun elmi işçisi Can Kasapoğlu tərəfindən dərc edilmiş materialda da bununla bağlı fikir yer tutur. 

 

Məqalədə bildirilir:

 

“Bunun növbəti sübutu isə, strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Müəllif qeyd edib ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır.

Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir.

Bundan əvvəl isə, Azərbaycan Türkiyədən 300-millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər də yerləşdirilib. O cümlədən, Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat – taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur”.

Beləliklə, düşmən gərginlik içindədir. Azərbaycan ordusu döyüşə hazırdır. Ermənistan ilk növbədə ətraf rayonları qaytarmalıdır. Əks təqdirdə, heç kim bizi durdura bilməyəcək.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla