Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Gülay Zeynalova haradadır? - Kamil yoldaşından danışdı / FOTO

Maqazin
Gülay Zeynalova haradadır?     - Kamil yoldaşından danışdı / FOTO

“Həbs olunan gündən nə isə fikirləşməyə zamanım olmadı. Hər gün kitab oxuyurdum. Həbs olundunsa, pis şeylər barədə fikirləşməməlisən. Karantin qaydalarını pozdum, səhv iş gördüm, cəzasını da çəkdim. Həbs olunduğuma görə qətiyyən pis olmadım”.

 

Buta.ws xəbər verir ki, bu sözləri “oxu.az”ın əməkdaşı ilə söhbətində koronavirus pandemiyası ilə əlaqədar imkansız və kasıb ailələrə ərzaq yardımları payladığı zaman karantin qaydalarını pozduğuna görə, 10 sutka həbs olunan, mayın 22-si isə azadlığa çıxan məşhur fitnes məşqçisi Kamil Zeynallı deyib.

 

O, həbs olunması ilə bağlı təfərrüatı və bu hadisəni qızından gizlətdiyini belə şərh edib:

 

“Bu hadisələrdən sonra on gün ərzində oxuduğum səkkiz kitab dünyagörüşümü artırdı. Həyatımda dördüncü dəfədir ki, həbs olunuram.

 

Tutulanda da kişi kimi tutulmaq lazımdır. İstər bir il olsun, istər beş. Fərqi yoxdur. Allah heç kimin yolunu həbsxanaya salmasın! Bacardığın qədər bu həyatda mərdimazardan uzaq qaçmalısan.

 

Həbs olunan zaman bir dəqiqə telefonla danışmağa imkanım yarandı. Gülayla danışdım. O da ağlayaraq soruşdu ki, qızımız Sahiləyə nə cavab verəcəyəm? Söylədim ki, dəstəyi ver Sahiləyə. Qızıma vəziyyəti belə anlatdım:

 

“Atanın təcili işləri var, İstanbula gedirəm. Orada koronavirus xəstələri çoxdur. Köməyə ehtiyacı olan insanlar var. Onlara ərzaq yardımı aparmalıyam. Oradan da Antalyaya bilet alıb, gəlib səni aparacağam”.

 

Azadlığa çıxdıqdan sonra evə gedib, anası, qayınanası və Sahilə ilə görüşən Kamil həmin anları lentə alaraq sosial media hesabında paylaşıb.

 

Lakin çəkilən görüntülərdə onun xanəndə həyat yoldaşı Gülay Zeynalovanın olmaması müzakirələrə yol açıb.

 

K.Zeynallı qalmaqallı məsələ ilə bağlı fikirlərini belə nəql edib:

 

“Həbsdən çıxanda məni 10 ən yaxın dostum qarşıladı. Gülaya söylədim ki, tək deyiləm, anamın evinə sən gəlmə! Səninlə evdə görüşəcəyəm. Elə də oldu. Birinci onunla görüşdüm. Sonra dostlarımla birgə anamın evinə getdim”.

 

Qeyd edək ki, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılan K.Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrum olunmuşdu.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla