Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Dünyaya çağırış: Tarixin ən böyük FƏLAKƏTİ OLACAQ!

Dünya
Dünyaya çağırış:     Tarixin ən böyük FƏLAKƏTİ OLACAQ!

Buta.ws Oxu24.com-a istinadla xəbər verir ki, müharibə şəraitində olan Yəmənin sahillərində lövbərlənən "Safir” tankeri "üzən bomba” olaraq xarakterizə olunur.


Mütəxəssislər bu tankerin ekoloji fəlakət yarada biləcəyini iddia edir.


Bəs nə üçün ekoloji risk mənbəyi olan bu tanker beş ildir ki, Hudeydənin şimalındakı Ras İsa limanındadır?


"Safir” tankeri Yəmən hökuməti ilə Husilər arasındakı döyüşün məhsuludur. 1 milyon barreldən çox neft daşıyan tanker sürətlə eroziyaya uğrayır. Artıq illərdir ki, gəminin partlama təhlükəsi mövcuddur.


Yəmən neft şirkətinə məxsus "Safer” tankeri Yəmənin mərkəzindəki "Marib” neft yatağından çıxarılıb emal edilən nefti xarici ölkələrə nəql etməyə imkan yaradır. Tanker özündə ümumi tutumu 3 milyon barrel olan müxtəlif həcm və ölçüdə 34 xam neft daşıyan konteyneri birləşdirir.


BMT Təhlükəsizlik Şurasının nümayəndələri dəfələrlə tankerə yoxlama qrupu göndərmək istəsə də, bunun üçün icazə ala bilməyiblər. BMT ilə söhbətdə münaqişə tərəfləri bir-birini günahlandırmağa davam edir və gəminin taleyi ilə bağlı ortaq bir məxrəcə gələ bilmir.


Tankerin hazırda olduğu liman husi üsyançılarının Ənsar-Allah hərəkatı tərəfindən nəzarətdədir. BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Laukok husilərin Ras əl-İsa limanına mütəxəssis qəbul etməkdən imtina etdiklərini dəfələrlə vurğulayıb.


Sonradan üsyançılar neft satışından əldə edilən gəlirlər müqabilində keçidi açacaqlarını bəyan edib. Husilər 80 milyon dollar dəyərində olan gəmidəki neftdən əldə edilən gəlirləri idarə edə biləcəklərinə dair zəmanət istəyirlər.


Yəmən hökuməti isə BMT-yə göndərdiyi məktubda "Qırmızı dənizdəki qaçılmaz ekoloji və humanitar fəlakəti" təhdid edən "pisləşən vəziyyət" barədə xəbərdarlıq edir. Sözügedən tanker Husi üsyançılarının nəzarəti altına düşdüyü 2015-ci ilin mart ayından bəri limandadır.


Məsələdən ciddi narahatlıq yaşayan Yəmən hökuməti növbəti dəfə beynəlxalq topluma çağırış edib. Yəmənin Kommunikasiya naziri Müəmmər ər-İryani Tvitterdəki paylaşımında tankerin 1 milyon barreldən çox neft daşıdığını, yaranacaq hər hansı sızma və partlayış hadisəsi nəticəsində dünya tarixinin ən böyük ekoloji fəlakətinin meydana gələcəyini bildirib.


Tankerə aid 2 foto paylaşan nazir bu fotoların meydana gələn erroziyanı ortaya qoyduğunu qeyd edib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla