Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, bayramın ikinci günündə... – RƏSMİ

Sosial
Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, bayramın ikinci günündə...    – RƏSMİ

Azərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14°, gündüz 20-24° isti, Bakıda gecə 12-14°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

 

Mayın 25-də Azərbaycanın şimal və qərb rayonlarında əsasən, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq rayonlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 25-30° isti, dağlarda gecə 9-13°, gündüz 14-18° isti olacağı ehtimal edilir.

 

Qeyd edək ki, mayın 24-də axşam şimal-qərb küləyinin sürətinin saniyədə 10-15, arabir 18-23 metr olacağı, mayın 25-də gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 22-27° isti olacaq.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 14-18° isti olacağı proqnozlaşdırılır.

 

Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 23-28° isti olacağı bildirilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı ehtimal edilir.

 

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 19-24° isti olacağı ehtimalı var.azertac

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sosial bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla