Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Mənsum İbrahimov: "Xalqımızın da səbri tükənibdir, ordumuzun gücü ilə müharibəyə hazırlaşmalıyıq"

Siyasət
Mənsum İbrahimov: "Xalqımızın da səbri tükənibdir, ordumuzun gücü ilə müharibəyə hazırlaşmalıyıq"

Xalq artisti, professor Mənsum İbrahimov Şuşa ilə bağlı Buta.ws-ə açıqlama verib. 

 

O, öz açıqlamasını belə edib: "Paşinyanın hayasızca Şuşada o mərasimi keçirməsi bir azərbaycanlı kimi məni çox üzdü. Həm də qarabağlı olaraq böyük sarsıntı keçirdim. Millət olaraq, vətəndaş olaraq o hadisə bizim üçün ağırdır. Mənfur düşmənlərimiz bu hərəkətləri ilə onu göstərdilər ki, sülh yolu ilə torpaqları qaytarmaq fikirləri yoxdur. Mən düşünürəm ki, ordumuzun gücü ilə müharibəyə hazırlaşmalıyıq. Ordumuzun gücü sayəsində torpaqları mənfur qonşumuzdan geri almalıyıq. Ondan sonra qələbə bayramında biz öz sözümüzü deyəcik. Bütün dünyanı, ölkələri bu prosesə hazırlamaq lazımdır. Çünki artıq 28 ildir Qarabağ işğal altındadır. Heç kimə səbr arzulamıram. Çünki artıq xalqımızın da səbri tükənibdir. Düşünürəm ki, ancaq sülh yolu ilə yox, silah gücü ilə torpaqlarımızı almalıyıq. Başqa yolu yoxdur".

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla