Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"ƏMƏLİMDƏN PEŞMAN DEYİLƏM!"-Bakıda 3 kişini zorlayıb öldürən şəxs - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-(18+VİDEO)

Kriminal
"ƏMƏLİMDƏN PEŞMAN DEYİLƏM!"-Bakıda 3 kişini zorlayıb öldürən şəxs -     DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-(18+VİDEO)

Bakıda 3 nəfəri zorlayayıb qətlə yetirməkdə təqsirli bilinərək ömürlük məhkum olunan Şirvan Mirzəyevin cinayət işi.

 

"Ölkə.Az" xəbər verir ki, Cəlilabad rayonunun Musalı kəndində anadan olan Şirvan Mirzəyev 18 iyun 2007-ci il tarixdə, saat 24:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən 9 saylı daş karxanasında gözətçi işləyən tanışı Cəfərov Xanoğlan Abbasxan oğlu ilə həmin karxananın gözətçi otağında spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək təpiklə sifət nahiyəsinə vurub stuldan arxası üstə yerə yıxıb. Aldığı zərbədən Xanoğlanın baş nahiyəsi yerdə olan mişar daşına dəyərək yaralanıb. Bundan sonra Ş.Ə.Mirzəyev X.A.Cəfərovu yaxasından tutub yerdən qaldıraraq dizi ilə sinəsinə, ağız nahiyyəsinə, həmçinin yumuruğu ilə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirərək onu taqətdən salmış və əl-qolunu qara rəngli naqillə bağlayaraq köməksiz vəziyyətə gətirib, sonuncunun əynindəki şalvarını və alt paltaranı aşağı çəkərək xüsusi amansızlıqla onunla cinsi əlaqədə olub. 

 

Bundan sonra Ş.Mirzəyev törətdiyi həmin cinayəti gizlətmək məqsədilə Xanoğlanı öldürmək qərarına gəlib. Yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə çoxsaylı zərbələr endirib.

 

Araşdırmalar zamanı Şirvan Mirzəyevin 09 aprel 2008-ci il tarixdə, saat 21:00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində "Sarıqaya" adlanan ərazidə yerləşən daş karxanasında gözətçi işləyən Nəcəfov Oruc Nəcəf oğlu ilə karxananın gözətçi otağında spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zəminində sonuncuya qarşı zor tətbiq edərək ayağı ilə onun döş qəfəsinə, yumuruq və təpiklə isə bədəninin digər nahiyyələrinə ardıcıl zərbələr endirərək onu yerə yıxıb. Otaqdan götürdüyü baltanın küt hissəsilə zərərçəkmiş O.Nəcəfovun baş nahiyyəsinə o, huşunu itirənədək bir neçə zərbə vurub. Bundan sonra təqsirləndirilən Ş.Ə.Mirzəyev zərərçəkmiş O.Nəcəfovun əl-qolunu taxta divanın üstündən götürdüyü köynəklə bağlayıb köməksiz vəziyyətə gətirib. Onun əynindəki şalvarını və alt paltarını aşağı çəkərək xüsusi amansızlıqla cinsi əlaqədə olub. Ş.Mirzəyev daha sonra törətdiyi həmin cinayəti gizlətmək məqsədilə zərərçəkmiş O.Nəcəfovu öldürmək qərarına gəlib, balta ilə onun baş nahiyyəsinə çoxsaylı zərbələr endirərək qətlə yetirib.

 

Daha sonra Şirvan Mirzəyev 30 may 2010-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu A.Mustafayev küçəsində tanış olduğu İbrahimov Famis Nəriman oğlu ilə həmin gün gecə saat 03:00 radələrində elə həmin küçədə yerləşən keçmiş şəhərlərarası avtovağzalın su anbarları ərazisində birlikdə spirtli içki qəbul edərkən sərxoşluq zəminində aralarında baş vermiş münaqişə zamanı Famis İbrahimova qarşı zor tətbiq edərək bıçaqla vurub. Yerə yıxılandan sonra onu da zorlayaraq qaçıb

 

Dəhşətli cinayətlər barədə daha ətraflı videonu təqdim edirik.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla