Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İşsiz qalan müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar - VİDEO

Gündəm
İşsiz qalan müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar -     VİDEO

Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur. Onun sözlərinə görə, hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır.

 

Oxu.Az xəbər verir ki, işsiz, xüsusilə toysuz qalan bir sıra şou-biznes nümayəndələri sosial media hesabları vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

 

Müğənni Sabir Əhmədov müraciətində yazır:

 

“Müraciətim operativ qərargahadır. Musiqiçilər, müğənnilər, musiqi avadanlıqlarını kirayə verənlər, restoranlarda çalışan ofisiantlar, aşpazlar, qab yuyanlar, xadimələr, avtomobilləri kirayə verənlər, təşkilatçılıqla məşğul olanların hamısı işsiz qalıb. Bu işdən evinə gündəlik çörək pulu aparan şəxslərin siyahısı olduqca böyükdür.

 

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, operativ qərargaha müraciət edirəm ki, toylar və el şənlikləri ilə bağlı məsələ bir də nəzərdən keçirilsin.

 

Hazırda bizim qazanc mənbəyimiz yoxdur. Neçə aydır evdəyik. Bu səbəbdən evə bir manat da olsun pul gətirə bilmirik. Topladığımız pulu xərcləmişik və bu sondur. Sizdən artıq dərəcədə rica edirik bizə yardımçı olasınız”.

Bu müraciətə müğənnilər Nura Suri, Fuad Musayev və digər incəsənət nümayəndələri də qoşulub.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla