Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Access Bank 300 manata görə vətəndaşı intihara sürükləyir - İDDİA

Ölkə
Access Bank 300 manata görə vətəndaşı intihara sürükləyir     - İDDİA

Bu gün facebook sosial şəbəkədə bir paylaşım diqqətimizi çəkdi. Lerik sakini Əflatun Məmmədov özünün facebook səhifəsində Access Bankın 300 manata görə vətəndaşı intihara sürükləməsi barədə paylaşım edib. 

 

Paylaşımda qeyd olunur ki, Access Bank  300 manata görə Azərbaycan vətəndaşını intihara sürükləyir. Məlumata görə vətəndaş 300 manat kredit borcunu bağlamaq üçün Bankdan 1 ay möhlət  istəyib. Lakin Bank təşkilatı vətəndaşı hüquq mühafizə orqanları ilə hədələməklə vətəndaşın gələcək karyerasına ləkə salmaq istəyir.

 

Paylaşımda qeyd olunur ki, Bank təşkilatı eyni zamanda vətəndaşa məhkəməyə verəcəyini bildirərək ondan 3 qatına pulun alınacağını söyləyir.

 

Paylaşılan məlumatda kimin haqlı, kimin haqsız olması məsələnin hüquqi tərəfidir. Lakin ictimai münasibət baxımından media olaraq münasibətimiz belədir ki, Bank təşkilatı həqiqətəndə belə bir hərəkətə yol verirsə, bu hal qəbuledilməzdir. Ölkəmiz  hələ ki, Xüsusi karantin rejimindən tam olaraq çıxmayıb. Qlobal Pandemiya ilə mübarizə aparıldığı bir zamanda Dövlət bütün iqtisadi itkilərə baxmayaraq vətəndaşın rifah halının yaxşılaşdırılması istiqamətində zəruri tədbirləri görür və görməkdə davam edir. Həmçinin Bank təşkilatlarının da zərərə uğramaması üçün Azərbaycan Dövləti lazım olan tədbirləri görüb. Belə olan halda Access Bankın vətəndaşa qarşı belə bir hərəkəti bağışlanılmazdır. 

 

Bir halda ki, vətəndaş 1 ay müddətinə kredit borcunun ödənilməsini bildirir, Bankın ilin bu ağır dönəmində vətəndaşa möhlət verməsi zəruridir. Əks halda, yalnız öz xeyrini güdüb real vəziyyəti nəzərə almayıb vətəndaşın üzərində hökmranlıq prinsipini icra edən hər hansı bir şəxs bu cəmiyyətdən təcrid olunmağa məhkumdur. 

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

Mənbə: Ümid Tv

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla