Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

Cəmiyyət
QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

"Etiraf edək ki, əhaliyə xidmət sahəsində sovet dönəmindən qalan stereotiplər, müstəqillik qazandıqdan sonra da ölkəmizin yerli idarəetmə və vətəndaşlara xidmət sahəsində qalmaqda idi. Göstərilən xidmətlərdən yararlanmaq üçün tanışlıq, növbəsizlik və hətta rüşvət elementləri insanları narahat edən əsas məsələlərdən biri olmuşdur". 

 

Bu sözləri “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə söyləyib. 

 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin mərhələli islahatlar paketində mühüm yer alan  vətəndaş məmnunluğunun təmin edilməsində  ilk addım məhz “ASAN xidmət” modelinin yaradılması oldu. Bu model qısa müddətdə nəinki Azərbaycanda özünü doğrultdu, hətta bəzi dövlətlər üçün də yeni təcrübə oldu. 

 

Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onların sosial problemlərinin həlli ilə bağlı davamlı təşəbbüslərlə çıxış edən və  əməli fəaliyyətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi isə sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcı oldu.

 

“ASAN xidmət vətəndaşların bu və ya digər formada hər hansı xidmətdən istifadəsini ehtiva edirsə, DOST layihəsi birbaşa Azərbaycan vətəndaşının sosial xidmətlərlə bağlı təminatını özündə birləşdirir. Bu layihə ölkənin sosial idarəetmə sisteminin vahid platformasına çevrilməkdədir.” 

 

“2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsinin  nəzərdə tutulması da, bu platformanın  sosial sahə üzrə əsas xidmət  mexanizmi olacağını təsdiqləyir” deyən QHT sədri əlavə edib ki, innovativ yanaşma,  çevik idarəetmə, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipi DOST Agentliyinin iş prinsipinin əsas seqmentləridir”. 

 

 C.Hüseynzadə diqqətə çatdırıb ki, DOST ideyasının reallaşmasın həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də gənc və yeni komanda olaraq ümidləri doğrultdu. Nazirlik bu mexanizmləri inkişaf etdirməklə, eyni zamanda öz üzərində ictimai nəzarətin təmin olunması və qiymətləndirmə indikatorlarını da  müəyyən etmiş oldu. 

 

“Bildiyimiz kimi, DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

 

Bu layihə ölkə əhalisinin böyük hissəsini əhatə etməklə yanaşı,  eyni zamanda   həssas sosial qruplara da ünvanlanmışdır.  Bu baxımdan sosial sahədə idarəetmə sisteminin yeni çağırışlara cavab verməsi vacib şərtdir. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsinin 96 faiz təşkil etməsini DOST ideyasının vacibliyin  və xidmətlərin yüksək səviyyədə həyata keçirilməsin göstərən əsas amil kimi qeyd edə bilərik” – deyə Cəsarət Hüseynzadə vurğulayıb.  

 

QHT rəhbəri  “Gənc DOST”, ahıl şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramlarına da diqqəti çəkərək, DOST agentliyinin təkcə əhaliyə xidmət sahəsi ilə məhdudlaşmamasını, eyni zamanda cəmiyyətimizin inkişafı naminə  korporativ sosial məsuliyyət üzrə çağırışlar etdiyini də bildirib.

 

 Agentliyin artıq təqdim edilən dost.gov.az saytı da ekspertlər tərəfindən geniş, əhatəli və funksional baza kimi qiymətləndirilir. Bəzi elektron xidmətləri sayta inteqrasiya etməklə  imkanları daha da artırmaq olar – deyə Cəsarət Hüseynzadə qeyd edib.

 

Pandemiya ilə bağlı sosial fəaliyyətlərə toxunan təşkilat sədri deyib: “Əlbəttə ki, ölkəmizdə COVİD 19 Pandemiyasının ilk mərhələsində  digər sahələrdə olduğu kimi, sosial sahədə də ölkə vətəndaşların problemlərinin həlli istiqamətində  gərgin və çevik fəaliyyətlər həyata keçirildi. Pandemiya dövründə həyata keçirilən tədbirlər ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdi.”

 

İş yerləri, əmək haqlarının qorunması, Davamlı sosial ödənişlərin edilməsi, Ünvanlı sosial yardım, Birdəfəlik ödəmə proqramı, Ödənişli ictimai işləri, Özünə məşğulluq proqramı, İşsizlikdən sığorta, Ərzaq yardımı təminatı və digər proqramlar birbaşa ölkə başçısının diqqətində olmuş və müvafiq dövlət qurumları tərəfindən həyata keçirilmişdir.

 
“Hesab edirəm ki, Pandemiya dövründə görülən bütün fəaliyyətləri uğurlu və müsbət hesab edilməlidir.  Bu uğurlu fəaliyyətləri Prezident İlham Əliyev tərəfindən aparılan köklü islahatlar fonunda qiymətləndirmək vacibdir. Bu islahatlar çərçivəsində  idarəetməyə yeni kadrlar cəlb edilib və yeni hökumət daha çevik fəaliyyət göstərməklə ölkə başçısının tapşırıqlarını uğurla həyata keçirir” – deyə Cəsarət Hüseynzadə əlavə edib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla