Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bahar Muradova QHT sədrini qəbul edib

Cəmiyyət
Bahar Muradova QHT sədrini qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevı qəbul edib.


QHT.az xəbər verir ki, görüşdə Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra olunan “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanan təklifləri və tədqiqat hesabatını müzakirə edilib.


Qeyd edək ki, layihə çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun hazırladığı təkliflərə baxılması üçün Nazirlər Kabinetinə bir qrup QHT tərəfindən imzalanmış Petisiya təqdim edilib. 
Petisiya Nazirlər Kabinetində nəzərdən keçirilib və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilib.

Əliməmməd Nuriyev bildirib ki, Bahar Muradova ilə qadınların, xüsusən evdar xanımların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılması ilə bağlı mümkün tədbirləri və təşəbbüsləri müzakirə etdik. 


Bahar xanım Komitənin bu məsələlərə həssas yanaşdığını, Komitənin baxışını, yanaşmasını diqqətə çatdırdı. Bahar xanım bu və Komitənin fəaliyyət dairəsinə daxil olan bütün məsələlərdə Komitənin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edəcəyini xüsusi vurğuladı. Hazırda Konstitusiya Araşdırmalar Fondu tərəfindən irəli sürülən təkliflərin nəzərdən keçirildiyini bildirdi. Həmçinin bu mövzu ilə bağlı məsələlərin müzakirəsi üçün birgə müzakirələrin və tədbilərin keçirilməsi ilə bağlı təşşəbbüslər olacağını qeyd etdi. Öz növbəmdə vətəndaş cəmiyyətinin mövqeyini, baxışını diqqətə çatdırdı.


“Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayına qədər icra olunub. Layihə çərçivəsində Azərbaycanda qadınların ödənişsiz qayğı və məişət işlərinin dəyərləndirilməsi ilə bağlı vəziyyət Tədqiqat hesabatı hazırlanıb. Hesabat Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi ilə bağlı problemlərin araşdırılmasını, beynəlxalq təcrübədə tətbiq edilən yanaşmaları, layihə çərçivəsində Şəki-Zaqatala bölgəsində evdar qadınlar və kişilər arasında keçirilən sorğunun nəticələrini, milli qanunvericilikdə qadınların sosial-əmək münasibətləri sahəsində hüquqları, onlara verilən imtiyaz və güzəştlər təhlilini və tövsiyyələri əhatə edir. Hesabatla bu link vasitəsilə tanış ola bilərsiniz.

 

Layihə çəriçivəsində həmçinin Evdar.TV yaradılı. Evdar.TV ilə bu iink vasitəsilə tanış ola bilərsiniz. 

https://www.youtube.com/channel/UCVbkoBrk5PNXOF-ALQyojSg
 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla