Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Xalq artisti Mədəniyyət naziri postunda onu görmək istəyir

Gündəm
Xalq artisti Mədəniyyət naziri postunda onu görmək istəyir

Prezident İlham Əliyev dünən Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

 

Buta.ws Baku.ws-ə istinadən xəbər verir ki, mövcud sərəncamdan sonra Mədəniyyət naziri postu boş qalıb.

 

Əbülfəs Qarayevin vəzifədən azad edilməsindən sonra yeni nazirin kim olacağı maraq doğurur. Nazir postuna namizədlər mövzusunda sosial şəbəkədə müxtəlif fikirlər səslənir.

 

BAKU.WS olaraq ölkənin tanınmış mədəniyyət nümayəndəsinə müraciət edərək yeni nazirin kim olması ilə bağlı fikirlərini öyrəndik. Müğənni, Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşovanın fikrincə, yeni nazirin təyin olunması parlament seçkiləri deyil ki, hər vətəndaş öz seçiminə görə fikir bildirsin:

 

"Kadrları seçib təyin etmək birbaşa yalnız ölkə başçısı İlham Əliyevə aid məsələdir. Bu postlarda cənab prezidentin tələblərinə riayət edən şəxslər çalışmalıdır. Azərbaycanda nazir postunu icra edə biləcək bir çox insan var və mənim ürəyimdən çoxları keçir. Əslində nazir olmaq heç də asan vəzifə deyil.

 

Mədəniyyət naziri olmaq ancaq müğənniləri müşahidə etməkdən ibarət deyil. Bu, çox məsuliyyətli və vacib bir vəzifədir və onun səlahiyyətlərinə bir çox sahə daxildir. Lakin mən Bəhram Bağırzadədə nazir olmaq potensialını görürəm. O, çox zəhmətkeş insandır. Dəyişməz həqiqət budur ki, nazir təyin etmək, əlbəttə, ölkə başçısının səlahiyyətlərinə aiddir".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla