Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

Siyasət
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın neft-qaz sektorundan asılılığının minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoyan möhtərəm Prezidentimiz İlham Əliyevin son 16 ildən artıq dövrdə bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün ölkə Prezidenti tərəfindən təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası növbəti proqramların qəbulunu zərurətə çevirir. Həyata keçirilən bütün bu ardıcıl tədbirlər nəticəsində Azərbaycan hazırda dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə kimi tanınır və nüfuz qazanır. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulun 3 dəfədən çox artması möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən təkmil iqtisadi və sosial islahatların nəticəsidir. Məhz aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız isə 52 milyard dollara çatıb. Bu illər ərzində iki milyondan artıq yeni iş yeri yaradılıb.

 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

 

Cari ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də qənaətbəxşdir. Baxmayaraq ki, dünyanı bürüyən pandemiyanın mənfi təsirləri Azərbaycan iqtisadiyyatından da yan keçməyib, dövlət başçısının siyasi iradəsi və qətiyyəti ilə görülən qabaqlayıcı tədbirlər sayəsində qətiyyətlə demək olar ki, COVID-19-un Azərbaycan iqtisadiyyatına və sosial həyatına təsiri minumum həddədir.» Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bölgələrdə görülən tədbirlərdən, həyata keçirilən infrastruktur layihələrindən, abadlıq-quruculuq işlərindən geniş bəhs edərək bu fikri xüsusi vurğulamışdır ki, bölgələrdə görülən işlərin mənbəyində xalqın iradəsi dayanır. Artıq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtib edilməsində yerlərdən gələn təkliflər əsas yer tutur. Məhz cənab Prezident bütün bunları əsas götürərək yerli icra hakimiyyəti orqanları qarşısında belə bir təxirəsalınmaz vəzifə qoymuşdur: «... bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısınız.»
«Dövlətimizin başçısı İlham Əliyev daim dövlət məmurlarını xalqla bir olmağa, insanların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa, inkişafa, quruculuğa böyük töhfələr verməyə, səyləri birləşdirib konkret addımlar atmağa çağırışlar edir» söyləyən V.Rəhimzadə bildirib ki, ölkə Prezidenti bu məqamı da xüsusi vurğulayır ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

 

Baş redaktor vurğulayıb ki, bu prinsiplərin qorunması, vəhdətliyinin təmin edilməsi, həmçinin hər bir dövlət məmurunun, struktur rəhbərinin üzərinə düşən vəzifəni və verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməsi fonunda yüksək nəticələrə nail olmaq mümkündür. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan qəbulda da bu məsələyə xüsusi diqqət yönəltmişdir: «Əgər icra hakimiyyəti başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa, onda insanlar hansı fikirdə ola bilərlər? Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin.»

 

Vüqar Rəhimzadə bildirib ki, neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Azərbaycanda çox böyük sahibkarlar sinfi formalaşıb. Cənab İlham Əliyev qeyd olunan qəbulda bu məsələyə diqqət yönəltdi, qarşıya qoyulan tapşırıqlar sırasında yerli sahibkarlarda sərmayələrin yatırılması ilə bağlı inam hissinin formalaşdırılmasının əsas yer tutduğunu önə çəkərək onlara yeni iş yerlərinin yaradılmasına və rayonların inkişafına töhfələr verməyə çağırışlar olunmasının vacibliyini bildirdi: «Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir.»

 

«Cənab İlham Əliyev bölgələrdə gedən işləri daim nəzarətdə saxladığnı, çoxsaylı səfərlərində məqsədin görülmüş işlərin icrası ilə yaxından tanış olmaq, insanları narahat edən problemləri onların özündən eşitmək və bunları həll etmək olduğunu xüsusi vurğuladı» söyləyən V.Rəhimzadə bildirib ki, məhz bu diqqət və qayğının sayəsində Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Regionlar arasında sağlam rəqabət hər kəsdə ruh yüksəkliyi yaradır. Bu gün ən ucqar kəndlərdə belə müasir infrastruktur yaradılıb. Cənab İlham Əliyevin «İnsanlar görülən işlərdən razı olmalıdırlar» çağırışı bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir, eyni zamanda, ölkə Prezidenti hər bir vətəndaşının yanındadır.

 

Baş redaktor Azərbaycanın yeniləşdiyini, müasirləşdiyini xüsusi önə çəkərək, yeni kadrların bu uğurların davamlılığına öz töhfələrini verəcəklərinə əminliyini böyük inam hissi ilə qeyd edir: «Hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərəflə icra etməli, etimadı doğrultmalıdır. Ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin mərkəzində şəffaflığın təmin olunması, vətəndaşlara layiqli xidmətin göstərilməsi dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin idarəçiliyində vətəndaş məmnunluğunun artırılması, onları narazı salan halların aradan qaldırılması, insanların dövlət strukturlarına müraciətlərinə ədalətli münasibətin ortaya qoyulması əsas yer tutur. Ona görə də ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının əsasıdır. Möhtərəm Prezidentimiz qeyd olunan qəbulda bir daha bu məqamı diqqətə çatdırmışdır ki, ədalət əsas prinsip olmalıdır. İnsanların inamı, əhval-ruhiyyəsi bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır.»

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla