Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qarabağda qeydiyyatdan keçən şirkət Kəlbəcər qızılını Rusiyaya daşıyır - DETALLAR

Gündəm
Qarabağda qeydiyyatdan keçən şirkət Kəlbəcər qızılını Rusiyaya daşıyır     - DETALLAR

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarından Rusiyaya qızıl daşınır.

 

Buta.ws Modern.az-a istinadən xəbər verir ki, bu fakt Rusiya və Ermənistan jurnalistlərinin birgə araşdırması zamanı ortaya çıxıb.

 

Belə ki, erməni əsilli Rusiya biznesmenləri Vitali Qriqoryants və Arsen Mikaleyan “Qolden Heriteyc” ASC vasitəsilə qızıl və digər qiymətli metalları Qarabağdan Rusiyaya daşıyır. Həmin şirkət 2019-cu ildə Sankt-Peterburq gömrüyündən 1,9 ton “qiymətli metalların tullantılar və lingləri, qiymətli metal tərkibli ling” qəbul edib. Həmin məhsul 7112 kodu ilə ölkəyə gətirilib. Adətən, belə məhsulun qiyməti 1 qram üçün 0,1-0,2 dollar aralığında olsa da, Ermənistandan gətirilən metal tullantısının qiyməti bundan 1000 dəfə baha – 1 qram üçün 35-40 dollar təşkil edir.


Maraqlıdır ki, bu, dünya birjalarında qızılın qiyməti ilə üst-üstə düşür. Rusiya və Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduqları üçün onlar arasında idxal-ixrac prosesləri maksimum sadələşdirilmiş formada həyata keçirilir. Yeganə tələb məhsulun kodu və gömrük rüsumu barədə məlumatdır.

     

Qarabağdan Rusiyaya qızıl daşıyan “Qolden Heriteyc” şirkəti bu daşımaları 2018-ci ci ildən başlayıb. Şirkətin 2018-ci ilin noyabrında işğal altındakı Xankəndi şəhərində qeydiyyatdan keçirildiyi də müəyyən olunub. Ermənistanın satdığı qızılının əsas istiqaməti İsveçrə, Birləşmiş Ərəb Əmirliyi və İtaliyadır. Bu ölkələrə 3,6 ton qızıl ixrac olunub. Rusiyaya ixrac olunan qızıl isə işğal altındakı Qarabağ ərazisindən daşınır. Bu zaman şirkətin qeydiyyat yerinin Azərbaycanın Xankəndi şəhəri olması Rusiya gömrüyündə də suallar doğurmayıb.

 

Ermənistanın Hüquqi Şəxslər Dövlət Reyestrinə daxil olan “Qolden Heriteyc”in səhmlərinin 45%-i  Vitali Qriqoryantsa, 45%-i isə Arsen Mikaelyana məxsusdur. Şirkət hələ 2017-ci ilin noybarında Kəlbəcərdə qızıl email sexinin açılışını etmişdi. Mərasimə Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmışdı.

 

Paralel olaraq, Qriqoryants “ArmBiznesBank”ın direktorlar şurasının sədridir. Onun Rusiyanın Komi və Samara vilayətlərində neft zavodlarının olduğu da heç kəsə sirr deyil.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla