Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Rəşad Türkoğlu: "Mən yazaram vətənimin bir küncündə" - MÜSAHİBƏ (FOTOLAR)

Müsahibə
Rəşad Türkoğlu: "Mən yazaram vətənimin bir küncündə"     - MÜSAHİBƏ (FOTOLAR)

"Etdiklərimdən çox peşmanlıq duyurdum. Məni əyri yoldan düz (haqq) yola gətirən Allaha həmd olsun deyib, yenidən əvvəlki həyatıma, namaza başladım".

 

Bu barədə Buta.ws-ə gənc yazar Rəşad Türkoğlu özəl müsahibəsində deyib.


- Bəzi yazarlar adətən tənha qalanda, darıxanda şeir yazırlar. Bu sizdədə belədirmi?


- Əlbəttə. Adətən, mən özüm də şeirlər yazıram şeir deməyək, zira qısa məzmunlu kiçik misralardan ibarət bəndlərdir. Belə deyim, içimdə bir yerlərdən misralar axır və mən də o misraları qələmə alıram. Fəqət özümə şair ünvanını verməmişəm. Buna özümü layiq görmürəm. Çünki şair olmaq hər kəsin bacara biləcəyi bir iş deyildir.


- Adətən bəzən yazarların yazdığı şeirlər,belə deyəkdə yazılar öz yadında qalmır.Bəs sizdə necədir?


- Şair olmadığım üçün bu suala dəqiq cavab verə bilməyəcəyəm. Mənim də yazdıqlarımdan unutduqlarım olub. Zənnimcə bu, çox normal birşeydir.

 

- Həyatda kimdənsə və ya nədənsə bezmisinizmi?


- Mən 8, 9 yaşlarımdan babamın yanında dayanaraq namaz qılıb öyrənmişəm. İllər sonra hərbi xidmətə yollandım və orada namaz qılmağa icazə və şərait yox idi. Bu səbəbdən namazdan uzaqlaşmaq məcburiyyətində qaldım. Həmin anlarda içinə qapanıq bə soyuq biri olmağa başladım. Əsgərliyi bitirib ehtiyyata buraxıldıqdan sonrada namaz qılmadım beləcə psixologiyam daha da pisləşməyə doğru gedirdi. Sonra yuxumda üzü yadımda qalmayan bir şəxs gördüm. O, mənə ALLAH dan uzaqlaşırsan, ona yaxın ol deyə buyurdu. Yuxudan oyanar oyanmaz düşünməyə başladım. Demək olarki, bütün günü səhərdən axşama qədər bu mövzuda düşündüm. Etdiklərimdən çox peşmanlıq duyurdum. Məni əyri yoldan düz (haqq) yola gətirən Allaha həmd olsun deyib, yenidən əvvəlki həyatıma, namaza başladım. Demək ki, nə imiş? Allahdan uzaq qalmış qəlblər, kədərə məhkumdur. İnsanlar bunu dərk etməlidirlər ki, bizim ALLAHDAN başqa sığına biləcəyimiz kimsəmiz yoxdur!!! Əlbəttə.Həyatdan incidiyim çox olub. Lakin dediyim kimi, hər dəfəsində, Allaha sığınmışam. Ondan yardım diləyib ona ümid etmişəm. Şükürlər olsun içimdə Allah sevgisi ilə dimdik ayaqdayam və özümü daha güclü his edirəm.


- Həyatdakı idealınız kim olub?


- Həyatdakı tək idealım başda pirim Hz.Əli(s.ə) olmaq üzrə Süleyman Şahoğlu Ərtoğrul qazidir. Yolum onların yoludur. Allah yolumdan ayırmasın.


- Bu sahəyə kimin təkidi ilə başlamısınız?Yoxsa öz fikriniz olub?


- Heçkəsin təkidi olmayıb. Özüm bu məqsədi qarşıma qoymuşam. Məqsədimə çatmaq üzərə addımlamışam. Əsas məqsədim mənim kimi düşünən insanları bir araya toplamaq idi. Yəni,olar yalnız olmadıqlarını bilsinlər istədim.Mən məktəb vaxtlarımdan yazmağı sevən biri olmuşam. Hansı ki,üzüləndə, dərdlənəndə, kədərli olanda və yaxud birisi tərəfindən qəlbim qırılanda hər kəsdən gizlətdiyim bir dəftərim var idi. Gedər bir küncdə oturar xısıl-xısıl yazmağa başlayardım. Özümü bu cür rahat his edirdim və indi də belədir. Yazmaq mənim həyatımın ən önəmli hissəsidir. Yazdıqca rahatlayıram sanki.


- Ən çox sevdiyiniz ifadələrinizdən söyləyərdiniz zəhmət olmasa.


- Onu mən deyə bilmərəm. Bu oxcularımın qərarıdır. Mən yazdığım bütün misraları sevərəkdən yazıram. Yazmaq mənim, oxuyub bəyənmək isə oxucuların.


- Yaxınlarda kitab çap etmək fikriniz varmı? Varsa hansı dövrə təsadüf edəcək?

 

- Yaxınlarda kitab çıxartmaq kimi bir fikrim yoxdur hələki. Ancaq gələcəkdə, Allah izin verərsə roman yazmağı düşünürəm. Hələlik bu qədər acıqlama verim.


AYGÜN HƏSƏNOVA

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla