Neymar Pelenin rekordunu təkrarladı

22:48 - 9 Dekabr 2022 - İDMAN

 Neymar Pelenin rekordunu təkrarladı

Neymar Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin rekordunu təkrarlayıb.

Buta.ws-ın məlumatına görə, Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyunda fərqlənən 30 yaşlı hücumçu “pentakampeonlar”ın heyətində 77-ci qolunu vurub.

O, 124-cü matçında nail olub. 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olan Pele 92 görüşdə rəqib qapılarına 77 dəfə yol tapıb.

Dünya çempionatlarında 13-cü oyununda qollarının sayını 8-ə çatdıran Neymar bu göstəriciyə görə isə argentinalı Dieqo Maradona və portuqaliyalı Kriştianu Ronalduya çatıb. Mundiallar tarixinin ən məhsuldar oyunçusu aktivində 16 qol olan almaniyalı Miroslav Klozedir.

Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyası ilə məğlub olan Braziliya millisi DÇ-2022 ilə vidalaşıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol