Ermənistanda 270 yük maşını ilişib qalıb

21:38 - 9 Dekabr 2022 - GÜNDƏM

 Ermənistanda 270 yük maşını ilişib qalıb

Ermənistanın Sünik vilayətinin (Qərbi Zəngəzur) Ağvan-Tatev şossesində 270 yük maşını yığılıb qalıb.

Buta.ws xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8 dekabrda Tatev kəndindən Şeytan körpüsünə gedən yolda yük maşınının sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yolda ilişib qalıb, nəticədə yol tamamən bağlanıb.

“Dekabrın 9 və 10-da aparılan bərpa işləri ilə əlaqədar olaraq Ağvan-Tatev beynəlxalq avtomobil yolunda gündüz saatlarında avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulacaq”, - deyə nazirliyin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, avtomobillər üçün Noravan-Ltsen-Tatev alternativ yolu fəaliyyət göstərəcək.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol