DYP-dən sürücülərə xəbərdarlıq...

20:44 - 9 Dekabr 2022 - CƏMİYYƏT

 DYP-dən sürücülərə xəbərdarlıq...

Sərnişin daşınması ilə məşğul olan avtobus və mikroavtobusların sürücüləri Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumat verilib, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilib, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Buta.ws-a bildirilib ki, eyni zamanda, dumanla hava şəraiti müşahidə edilən, görünmə zonası məhdud olan yollarda duman olan hissə qurtaranadək nəqliyyat vasitələri patrul avtomobillərinin müşayiəti ilə aparılıb.

Qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol