İran diplomatı Britaniya XİN-ə çağırıldı

20:16 - 9 Dekabr 2022 - GÜNDƏM

 İran diplomatı Britaniya XİN-ə çağırıldı

İranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin ölkəsində etirazçının edam edilməsi ilə bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Buta.ws xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Biz İran hakimiyyətinə mövqeyimizi açıq şəkildə bildirmişik. İran dərhal edamları dayandırmalı və öz xalqına qarşı zorakılığa son qoymalıdır”, - məlumatda bildirilir.

Britaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentinin direktoru Vijay Rangaracan Londonda İranın müvəqqəti işlər vəkili ilə görüşdə qeyd edib ki, ölkəsi şəraitdən asılı olmayaraq ölüm hökmünün əleyhinədir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol