Bu aktyorlar Azdramadan çıxarılmayıb? - Açıqlama

18:28 - 9 Dekabr 2022 - GÜNDƏM

 Bu aktyorlar Azdramadan çıxarılmayıb? - Açıqlama

Akademik Milli Dram Teatrında çalışan sənətkarların - Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil.

Kult.az xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı açıqlamasında bildirib.

“Yalandır və yenə yalandır! Dünən bununla bağlı müxtəlif saytlara açıqlama verilib. Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk.

Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər.

Nəzərə almağınızı xahiş edirik”, - deyə C.Zeynallı bildirib.

Qeyd edək ki, ötən gün adıçəkilən aktyorların Azdramadan çıxarılması ilə bağlı məlumat yayılmışdı.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol