Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Hələ ölmək fikrim yoxdur" - ZEYNƏB XANLAROVA - MÜSAHİBƏ - VİDEO

Gündəm
"Hələ ölmək fikrim yoxdur" - ZEYNƏB XANLAROVA - MÜSAHİBƏ -     VİDEO

İllər əvvəl idi. 14 il bundan əvvələ təsadüf edirdi təqribən. O zamanlar mədəniyyət naziri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluydu. İli dəqiq xatırlamadığım üçün tarixi qeyd edə bilmirəm. Mədəniyyət Nazirliyindən zəng gəldi və bildirildi ki, nazir Polad Bülbüloğlu sevilən sənətkarımız Zeynəb Xanlarovanı təbrikə gedəcək və bir neçə jurnalistin orada təmsil olunmasını istəyib. Bəndəniz də o jurnalsitlər arasında idi. Həmin yubiley təbriki isə Zeynəb xanımın şəhərdəki evində baş tutdu. Bu gün səhər Zeynəb xanımın ölümü ilə bağlı yayılan şayiəni eşidəndə həmin günü xatırladım. Necə böyük zövq idi evində onunla söhbətləşmək... Uşaqlıqdan yalnız televiziya ekranlarında gördüyüm sənətkarla evində üz-üzə oturmuşdum...

 

Bu gün yenidən əməkdaşımız Sevdayla həmin ünvana yollandım. Çünki onu ayaqda, sağlam görmək istəyirdim və düşünürdüm ki, Zeynəb xanımın ölməyən səsini bu gün bir daha hər kəs eşitməlidir. Və belə də oldu. Onun üçün nigarançılığımızı görüb Zeynəb xanım bizimlə həmsöhbət oldu. Eksklüziv olaraq haqqında yayılan ölüm xəbərindən, Milli Məclisə namizədliyini verməməsindən başlamış nəvələrinədək hər mövzuda danışdı. 

 

Bir sözlə, Zeynəb xanım elə illər öncə gördüyüm kimi, şux və həyat doludur. Canlı əfsanə özəl olaraq News24.az-a danışdı, hətta canlı ifalarını da nümayış etdirdi. 

 

"Əladan bir az da yuxarıyam" 

 

- Necəsiniz, Zeynəb xanım? Çox təəssüf ki, bütün sevənləriniz səhəri üzücü xəbərlə açdı... 

 

- Məni öldürmək istədilər, yalandan xəbər düzəltdilər ki, güya mən vəfat etmişəm. Zeynəb hələ ölməyəcək. Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni allahım, xalqım daim yaşadacaq. Mənə də indi bu xəbərlər haqda dedilər. Zeynəb xalqını, millətini, dövlətini çox sevir və hər zaman da bu sevgiylə yaşayacaq. Özümü çox əla hiss edirəm. Hətta əladan bir az da yuxarı (gülür) Bu xəbərlər məni öldürmür, əksinə ömrümü uzadır, yaşadırlar məni. Mənim üçün pis adam yoxdur, çünki özüm pis deyiləm. Allah yazanlardan da, yazmayanlardan da razı olsun. Allah yazanlara 100 il ömür versin. Mərhum anam hər zaman deyərdi ki, sən 120 il yaşayacaqsan. Səhərə yaxın yuxudan oyandım. Oyanan kimi bu xəbəri eşitdim təccübləndim. Gör, Azərbaycan xalqı məni nə qədər çox istəyir ki, onların dillərindəyəm, ağıllarındayam. İstəməzdim haqqımda belə sözlər yazılsın. Mən hələ indiyə qədər heç bir həkimin yanına getməmişəm. Yəni heç bir xəstəliyim yoxdur. 

 

"Konsertimə hazırlaşıram"

 

- Bildiyimiz kimi solo-konsertinizə hazırlaşırsınız...

 

- Karantin rejimi olduğundan hələ ki, evdəyəm, dincəlirəm. Arada bağa gedirəm, amma ümumilikdə ev şəraitindəyəm. Baxmayaraq ki, evdəyəm, amma konsertimə hazırlaşıram, ansamblımla məşqlər edirəm. Allahın izniylə noyabrda möhtəşəm konsertimiz baş tutacaq. Camaat məni görməyəndə çox darıxır. 

 

"Xalqımı, millətimi çox sevirəm"

 

- Bu yaxınlarda "uşaq pulu" məsələsinə görə tənqid olundunuz...

 

- Xalqımı, millətimi sevən insanam və heç vaxt onların əleyhinə gedə bilmərəm. Gedib Milli Məclisdə yoxlasınlar görüm, mən o sözü nə vaxt demişəm?! Olmayan şeylər yazırlar haqqımda. Onları Allaha tapşırıram. Mən danışanda ancaq mədəniyyətdən, musiqidən söz aça bilərəm. Daha belə məsələlərdən yox. Bu il Milli Məclisə namizədliyimi irəli sürmədim. Bu şəxsi istəyim idi. Çünki mən orda olanda haqqımda cürbəcür şeylər yazırdılar. İllərlə qazandığım hörməti itirməmək üçün getmədim. Bu məsələ mənim yaralı yerimdir. Mən hamını sevirəm, amma bu sözləri yazan şəxs məni sevmir və məni xalqın gözündən salmaq istəyir. Zeynəb heç vaxt xalqın gözündən düşən deyil. Mən daim Milli Məclisin arxa qapısından çıxıram ki, heç kimin gözünə dəyməyim. Çünki haqqımda çox pis şeylər yazan insanlar var, Allahlarını itirirlər. Yaxşının yerinə pis yazırlar. Olan şeyi yazsalar nə olardı ki? 

 

- Altı nəvəniz var. İkinci Zeynəb yetişirmi? 

 

- İndi istirahət edirəm, heç kimlə görüşmürəm. Hətta nəvələrimlə ancaq uzaqdan-uzağa qapının ağzında görüşürəm. Altı nəvəm var. Üç qız, üç oğlan. Nəvəmin biri öz adımı, ikincisi anamın, üçüncüsü isə həyat yoldaşımın adlarını daşıyırlar. Zeynəb, Pəri, Səlim. Dədə-baba yoluyla gedirik.

 

"Ailədə bir Koroğlu olar" 

 

- Bəs ailənizdə sənətinizi davam etdirən varmı?

 

- Ailədə bir Koroğlu olar (gülür). 

 

Zeynəb xanım müsahibəsi zamanı dünyanın ən möhtəşəm səhnələrində səsləndirdiyi "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısından News24.az oxucuları və izləyiciləri üçün bir ağız da oxudu. 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla