Ağ şəhərdə 12 küçə inşa edilir - Video

15:50 - 9 Dekabr 2022 - GÜNDƏM

 Ağ şəhərdə 12 küçə inşa edilir - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində müxtəlif uzunluqlara malik 2 və 4 hərəkət zolaqlı 12 küçə inşa edir.

Buta.ws xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materalından yol geyiminin əsası inşa olunur. 2022 ci il ərzində 820 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzinə 680 min kubmetr yararlı karxana materialından geri dolğu işləri görülərək yeni yol yatağı inşa edilib, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.

Layihəyə uyğun olaraq, yol əsasının inşası işləri aparılıb, 55 min kvadratmetr piyada səkisi inşa olunub, hazırda üzərlərinə 85 min kvadratmetr tamet daşları döşənir, səki və yol ayrıcının kənarlarına 25 min paqon-metr qranit-mərmər səki daşı düzülüb, yolların kənarlarında (səkilərdə) 650 müxtəlif növ ağaclar əkilib, müasir üslublu 310 yol işıqlandırma dirəkləri quraşdırılıb. Hazırda küçələr boyu 76 min kv.m sahədə 3 laydan ibarət 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bu günə kimi “Ağ şəhər” layihələri çərçivəsində ümumi uzunluğu 15 130 metr olan 43 küçə inşa edilərək təhvil verilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol