Rumıniya Avstriyadakı səfirini geri çağırdı

15:44 - 9 Dekabr 2022 - GÜNDƏM

 Rumıniya Avstriyadakı səfirini geri çağırdı

Rumıniya Avstriyadakı səfiri Emil Hurezeananı məsləhətləşmələr üçün geri çağırıb.

Buta.ws xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının iclasında Avstriyanın Ruminiyanın Şengen zonasına qoşulmasının əleyhinə səs verməsi olub.

Xatırladaq ki, dünən Avropa Birliyinin Daxili İşlər və Ədliyyə Şurası Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib. Lakin qurum Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarı dəstəkləməkdən imtina edib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol