Yardımlıda telefonlara İrandan mesaj gəlir

13:42 - 9 Dekabr 2022 - CƏMİYYƏT

 Yardımlıda telefonlara İrandan mesaj gəlir

Kür çayından aşağıda İran televiziya və radiolarının informasiya məkanımızda olduğunu görürük. Dəfələrlə demişəm, bəzi yoldaşlarla görüş zamanı da bu məsələni qaldırmışam. İranın radio və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır.

Buta.ws xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı bildirib.

O deyib ki, Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir:

“Bu Azərbaycan qanunlarına ziddir və qarşısı alınmalıdır. Ucqar dağ kəndlərində keyfiyyətli internet təşkil etməlidir. Bunu edə bilməyən, amma lisenziyası olan təşkilatlar sıradan çıxmalıdır”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol