Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Güllü Səfərova: "Ən böyük dəstəyim ailəm olub" - MÜSAHİBƏ

Müsahibə
Güllü Səfərova: "Ən böyük dəstəyim ailəm olub"    - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Gənc və Könüllülər" rubrikasının bu dəfəki qonağı Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Güllü Səfərovadır.

 

- Güllü xanım, mənə özünüzdən danışın.

 

- Mən Səfərova Güllü, Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin 4-cü kurs tələbəsiyəm. İxtisasım Fransaşünaslıqdır. Hal-hazırda magistra hazırlaşıram, təhsilimi İtaliyada davam etdirmək istəyirəm.

 

- Sizin ən peşəkar cəhətiniz hansıdır?


- Xaraktercə iradəli biriyəm, hər zaman məqsədimə çatmağa çalışmışam. Təbii ki, bir yola başlamazdan əvvəl o yolda bəzi çətinliklərin olacağını unutmamışam. Əlbəttə ki, heçnə asanlıqla da qazanılmır. Ona görə də hər zaman məqsədimə, hədəfimə doğru yorulmadan, ruhdan düşmədən, inadkarcasına irəliləmişəm.


- Könüllük fəaliyyətinə nə zamandan başlamısınız?


- Könüllülük fəaliyyətinə 2017-ci ildən başlamışam. Hamı kimi mənə də bəzi qınaqlar oldu. "Könüllü işləmək əvəzinə ödənişli əsaslarla işləmək daha yaxşıdır" deyə. Təbii ki, bunlar mənə təsir göstərmədi, çünki inanırdım. İnsanda əsas olan da İnamdır! Bir neçə təşkilatlarda, İctimai birliklərdə, Dövlət orqanlarında könüllü fəaliyyət göstərmişəm. 

 

- Könüllülük fəaliyyətində nə kimi uğurlarınız olub?

 

- Könüllülük fəaliyyətində nə qazandın deyə soruşsalar- mən nə qazandımsa məhz könüllülük fəaliyyətimdən qazandım deyərəm. İHətta bu mövzuda təlim keçmək istəyirəm, hal-hazırda da bu proqramın üzərində çalışıram. İstəyirəm ki məhz bəzi tez ruhdan düşən, özünə inanmayan gənclərimiz üçün bir iş görüm.

 

- Uğurlarınızı kimə nəyə borclusunuz? Bu yolda ən böyük dəstəkçiniz kim olub?


- Bu yolda ən böyük dəstəyim ailəm tərəfinfən olub. Əldə etdiyim uğurlarıma görə ailəmə və müəllimlərimə borcluyam. Xüsusilə mənə ixtisasımı sevdirən və hər zaman dəstək Azərbaycan Dillər Universitetində Fransa Mərkəzinin rəhbəri Günay Məmmədovaya. Bunun timsalında, Azərbaycan Dillər Universitetində rektorun İctimai Məsələlər üzrə Müşaviri Hüseynov Sərraf müəllimə, YAP Gənclər Birliyinin sədri Rəna Süleymanlıya da bu uğurlarıma görə borcluyam. Məni motivasiya edən də məhz ətrafımda olan insanların mənə güvənməsi olub. Bu yolda həmişə həm onların güvənini sarsıtmamaq üçün, həmdə öz məqsədimə çatmaq üçün çalışmışam.

 

- 3,4 ildən sonra özünüzü harda görürsünüz?

 

- Mən ümumiyyətlə planlarımı ailəm daxil kiməsə deməyi sevmirəm. Hər zaman işlətdiyim bir cümlə var " Hər şey zamanında bilinəcək". Bu şüar altında çalışmışam, 3-4 il sonra harda olmaq istəyirəmsə məhz onun üzərində çalışıram bugün.

 

Ayşən Qurbanova

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla