Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Aşıq Samirə: "Onların sayəsində həyata bağlandım" - MÜSAHİBƏ

Müsahibə
Aşıq Samirə: "Onların sayəsində həyata bağlandım"     - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rublikasının bu dəfəki qonağı əməkdar incəsənət xadimi Aşıq Samirə kimi tanıdığımız Samirə Əliyeva oldu.

 

Samirə xanım saytımıza özəl müsahibə verdi.

 

- Samirə xanım, aşıq sənətinə verilən dəyər sizi qane edirmi?

 

- Aşıq sənətinə verilən dəyər əlbəttə ki, məni qane edir. İstər dövlət tərəfindən, istərsə də xalq tərəfindən. Düzdür, keçmişə nəzər salsaq, indi daha çox dövlət qaygısı görürük. Aşıgı el dolandırar,el yaşadardı. Bu gün elin təlabatı başqalaşıb. Bu da normaldı. Zaman dəyişir, zövqlər dəyişir və.s. Əsas odur ki, biz aşıqlar sənətimizdən gəlir əldə etməsək də müəyyən sayda gənc nəsilə bu sənəti sevdirməyimizlə, bu sənəti yaşatmağımızla, uğur əldə etmiş olaq. Xalqın milli sərvətinin keşikçisi kimi, üzü ağ olaq.

 

- Son zamalar sosial şəbəkələrdən nə kimi narazılığınız var?

 

- Sosial şəbəkələr əslində ağıllı insan üçün çox əlverişlidir. Sosial həyat özü də bir yaşamdır, əlbəttə ki, bacarana. Nə yaşa görə, nə də peşəyə görə fərq etmir. Yəni ki, individualdır. Kimi sosial şəbəkə vasitəsi ilə yüksələr, kimi isə heç olar. İstər maddi, istər mənəvi. Əsas insanın hansı mövqedə istifadə etməyindən asılıdır. Bir sözlə pis baxmıram.

 

- İndiki vəziyyətinizə görə kimə və nəyə borclusunuz?

 

- İndiki vəziyyətimə görə kimə və nəyə borclu olmağıma əsas cavabım məni yaradan Allahadır. Daha sonra vasitəçi olaraq məni dünyaya gətirən və böyüdən valideyinlərim, mənə dəstək olan hər kəs. Çünki onların sayəsində yetişdim. Mənə zərbə vuran hər kəsə, çünki onların sayəsində gücləndim. Əlbətdə ki,övladlarıma... Onların sayəsində həyata bağlandım, Xüsusi olaraq özümə minnətdarlığım var. Yaşadıqca yaşadıqlarımdan nəticə çıxararaq yaşadıgım üçün. Həyatımı kor-koranə yaşamıram.

 

- Tamaşaçıları sənətkarların sənətlərindən çox, şəxsi həyatları niyə maraqlandırır? 

 

- Bilirsiniz, bu sualı xüsusi olaraq tamaşacı və sənətçi adı ilə bağlamaq istəmirəm. Gəlin daha real olaq... Əslində, nəyinki sənətçinin, qohumunun və ya qonşusunun hətta heç tanımadığının da şəxsi həyatı ilə maraqlanan insanlar olub, olacaq da. Bu xəstəlikdir,vəssalam. Bu çox uzun mövzudur...

 

- Saz qədim zamanlardan hörmət əlaməti olub. Dədə Qorqud da bu görünür. Bəs sizcə, bəzi aşıqların sazı atıb-tutaraq ifa etməsinə münasibətiniz necədir?

 

- Bəli saz aləti, aşıq sənəti bizə keçmişimizdən əmanətdir. Bu sənətə yiyələnməyindən asılı olub-olmayaraq hər bir azərbaycanlı kimi saza hörmətlə yanaşmalıdır. Çünki söhbət tariximizdən, milliliyimizdən və mədəniyyətimizdən gedir. Peşəsini ucuz satan,ayaq altına atan insan hər peşədə var. Bunu peşəyə yox, insani xüsusiyyətlərə (tərbiyə, ruhi sağlamlıq, nəfs və. s) aid edək. Mənim fikrimcə insan özünə nə hörmət qoyursa, peşəsinə də, ətrafına da eyni hörmətlə yanaşır. Sənəti ilə ucalan insan heç vaxt sənətini ayaq altına atmaz !

 

- Sənət yolunuzu kəsənlər olub? Şou biznes içərisində varmı onlardan? Elə insanlara cavab verirsinizmi?

 

- Kiminsə mənə maneəçilik yaratmağı mənə heç vaxt maraqlı olmayıb, olmayacaq da. Mən ancaq irəli baxıram. Çox arxayınam,bilirsiz niyə? Çünki bu dünya o qədər böyükdür ki,hər kəsin öz yeri var, öz qisməti var. Mən həmişə tələbələrimə deyirəm ki, heç kəs heç kəsdən üstün deyil. Hərənin özünə görə öz üstünlükləri var. Kiminsə yerinə göz dikmək deyil, öz yerini quracaqsan. Hansı səviyyədə olaması isə zəhmətindən, iradəndən asılıdır.


Əgər hansısa maneçilik yaradan insanlardan xəbərdar olsam belə cavab vermirəm. Əksinə, ona daha yaxın, daha xoş münasibətdə oluram və anlatmağa çalışıram ki, hərənin öz qisməti var. Başqasına maneçilik yaradıb geriləməyi üçün sərf etdiyin enerjini öz irəliləyişin üçün sərf et.

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla