Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İqtisadiyyat Nazirliyinə yeni təyin edilmiş rəhbər kadrlar kollektivə təqdim ediliblər

İqtisadiyyat
İqtisadiyyat Nazirliyinə yeni təyin edilmiş rəhbər kadrlar kollektivə təqdim ediliblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə bu strukturların rəhbərliyinə kadr təyinatları aparılıb.

 

Buta.ws -in məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi yanında dövlət xidmətlərinə yeni təyin edilmiş rəhbər kadrları qurumların kollektivinə təqdim edib. Mikayıl Cabbarov ölkə rəhbərliyinin İqtisadiyyat Nazirliyi qarşısında qoyduğu vəzifələri vurğulayaraq, xidmətlərin fəaliyyətinin həyata keçirilən sosial-iqtisadi strategiyanın hədəflərinə xidmət etməli olduğunu qeyd edib və bildirib ki, yeni təyin edilmiş kadrlar dövlət başçısının etimadını doğultmalıdırlar.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini təyin edilib. Onlar müvafiq dövlət xidmətlərinin rəisi vəzifələrini də icra edəcəklər.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İqtisadiyyat bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla