Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Mənsum İbrahimov: "Heç vaxt ruhdan düşməmişəm, istedadı verən Allahdır, birinci o olmalıdır" - MÜSAHİBƏ

Müsahibə
Mənsum İbrahimov: "Heç vaxt ruhdan düşməmişəm, istedadı verən Allahdır, birinci o olmalıdır"    - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rubrikasının bu dəfəki qonağı xalq artisti Mənsum İbrahimov oldu. 

 

Mənsum müəllim saytımıza özəl müsahibə verdi.

 

- Mənsum müəllim, bu sənətdə ən böyük dəstəkçiniz kim olub? 

 

- Təbii ki, bu sənətdə ən böyük dəstəkçilərimin sırasında ailəm, məktəb müəllimlərim də var. Bakıya gəldikdən sonra isə ixtisas müəllimim Vahid Abdullayev, böyük və unudulmaz sənətkar Şövkət Ələkbərova və bu timsalda bir çox insanlar dəstək olublar. Özüm də hər zaman sənətimi layiqincə öyrənməyə çalışmışam. 

 

- Tələbələrinizə israrla, qətiyyətli şəkildə verdiyiniz məsləhətlər hansıdır?

 

- Hər zaman tələbələrimə birinci növbədə öz sənətlərini mükəmməl öyrənməyi məsləhət edirəm. Çünki muğam sənəti həm çətin, həm də dərin sənətdir. Təsadüfi təhsilsiz muğam ifaçısı ola bilməz. Olsa da uğur qazana bilməz, davamlı olmaz. İkinci növbədə isə, vətənini, xalqını sevən, ona mədəniyyəti ilə xidmət edən, bir sözlə əsl Azərbaycan ifaçısı olmağı aşılayıram. Tələbələrimə təkcə dərs deyib keçmirəm. Bütövlükdə əsl Azərbaycan ifaçısı yetişdirməyə çalışıram. 

 

- Heç olubmu muğamdan imtina edib mahnı janrına müraciət etmək istəmisiniz?

 

- Bizim gənclik illərimizdə muğamla tanınmaq, özünü təsdiq etmək çox çətin bir şey idi. O dövrdə istedadlı gənclərə indiki kimi diqqət və qayğı göstərilmirdi. Ağlım kəsəndən mən Qarabağda muğamın içində böyümüşəm, onunla tərbiyə olunmuşam. Muğamın fədakarı olmuşam. Amma o vaxtlar dostlarım hətta qohumlarım belə mənə deyirdi ki, bəlkə sən muğam yox, daha yüngül janr oxuyasan, müasir mahnı oxuyasan ki, dəbdə olasan, yaxşı pul qazanasan. Amma hər zaman mən onlara bildirirdim ki, mən özümü muğam sənətində tapıram. Baxmayaraq ki, o dövrdə maddi çətinliklər var idi, amma mən bunlara dözmüşəm. Çünki düşünmüşəm ki, mən sözümü yalnız muğamda deyə bilərəm. Şükür olsun ki, öz zəhmətimlə gəlib bugünə çatmışam. 

 

- Həyatda sizi ruhdan salan hansı məqamlar var? 

 

- Mən tərəzi bürcüyəm, xaraktercə də nikbin, optimist biriyəm. Demək olar ki, heç vaxt ruhdan düşməmişəm. Hər zaman iradəli, səbrli, nikbin və məqsədimə doğru irəliləyən bir insanam. Ağlım kəsəndən həyatda kim olmaq istədiyimi bilmişəm. Ona görə də məqsədimə, hədəfimə doğru yorulmadan, inadkarcasına, daşlı-kəsəkli yolda irəliləmişəm. Ruhdan düşmək xarakterimə ziddir. 

 

- Ümumiyyətlə son dövrlər gənclərdən, televiziyalardan, mediadan hansı narazılığınız var? 

 

- Sanki, son dövrlərdə insanlarda aqresivləşmə gedib. Hər kəs bir-birinə yuxarıdan aşağı baxır, bəyənmir, mehribanlıçıq itibdir. Şayiələr, əsassız məlumatlar, başlıqlar yazılır. Özəl kanallarda bayağı verilişlər, musiqilər meydan sulayır. Mediada, televiziyada gözəl jurnalistlərimizin olmasına baxmayaraq, qeyri-peşakarlar da var ki, onların əziyyətini hamımız çəkirik. Belə olmasını, düzü, istəmərəm. Biz bugün gözəgörünməz düşmənlə-koronivirusla mübarizə aparırıq, həmçinin ən böyük problemimiz də Qarabağdır. Mən düşünürəm ki, biz hələ bu problemi həll etməmişik. Tezliklə bu problemi həll etməliyik. Şuşanın işğalı günü erməni dığalarının orda gedib qələbə bayramı keçirməyi heç kimə xoş olmadı. Və mən düşünürəm ki, güclü ordumuzun sayəsində öz torpaqlarımızı işğaldan azad edəcik, ora qovuşaçıq. Daha çox vətənpərvərlik təbliğ olunmalıdır. Bütün insanlar öz sahələrinə uyğun olaraq buna xidmət etməlidir. 

 

- Sizin üçün əsl sənətkar obrazı necədir? Təkcə istedadla sənətkar ola bilərmi?

 

- Sənətkar bütövlükdə sənətkar olmalıdır. İstedadı verən Allahdır, birinci o olmalıdır. Bununla yanaşı böyük əmək və zəhmət, yuxusuz gecələr insanı sənətkarlığa doğru aparır. Zəhmətsiz ümumiyyətlə, heç bir sahədə uğur yoxdur. Mənim həyatdakı birinci prinsipim yaxşı insan olmaqdır. Mənim içimdə ədalət prinsipi var. Başda gənclər olmaqla, çalışıram ki, insanlara daha çox yaxşılıq edim. Mən həm də pedaqoqam, muğam ustadıyam. Tələbələrimin bütün həyatları ilə maraqlanıram. Sənətkar kimi yetişmələrində əllərindən tutaraq köməklik edirəm. Efirə çıxmalarında, işə düzəlmələrində, hətta ailə quran zaman belə yanlarında oluram. Bizim sahəmizdə müəllim həm də mənəvi atadır. Öz tələbələrimə mənəvi övladlarım kimi baxıram. Şükür Allaha ki, hara baxıram öz tələbələrimi görürəm. Fəxr edirəm ki, muğam sənətimizə yeni səslər gəlir. Bu da muğamımızın inkişafıdır. Allah millətimizi qorusun. Bizim həqiqətən də qədim köklərə söykənən mədəniyyətimiz var. Yardımsevər, mərhəmətli bir millətik. Heç kimin torpağında gözümüz olmadığı kimi, heç kimə də torpaq vermək fikrimiz də yoxdur. Allah xalqımızı, millətimizi qorusun. İnşAllah tezliklə bu vəziyyətdən çıxarıq.

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla