Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda Kür çayından görün nə tutdular - 72 kiloqram…- FOTO

Ölkə
Azərbaycanda Kür çayından görün nə tutdular     - 72 kiloqram…- FOTO

Azərbaycanda Kürdən 72 kiloqram ağırlığında naqqa balığı tutulub. 
 

Buta.ws yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
 

Məlumata görə balıq Kürün Tovuz rayonundan keçən ərazisindən tutulub.
 

Balığın böyüklüyü görənlərin təəccübünə səbəb olub. Balığın uzunluğu 2 metrdən çoxdur.


Qeyd edək ki, qərb rayonlarında hazırda naqqa ətinin 1 kiloqramının 15 manata satılır. Lakin bu balıqla bağlı fikirlər birmənalı olmadığından hər adam naqqa balığı yemir, ona görə də Kürdən tutulan bu balığı daha çox restoranlar alırlar. Dadına baxmaq istəyənlər isə restoranlara üz tuturlar.
 

Məlumat üçün bildirək ki, naqqa yırtıcı balıq hesab olunur. İri naqqaların əsas qida obyekti balıqlardır (çapaq, poru, ilanbalığı və s).
Mənbələrdə qeyd olunur ki, xırda naqqalar balıqların sürfələri, suda yaşayan və ya havadan suya düşən həşaratlarla qidalanırlar. Naqqa balıqları şirin suda 80 ilədək yaşaya bilirlər. Uzunluğu isə 4 metrədək ola bilir. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22 dərəcə olduqda kürü tökürlər.
 

Rayon sakinlərinin göndərdikləri fotonu təqdim edirik.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla