Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib - FOTOLAR

Ölkə
Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib    - FOTOLAR

13 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatları ilə onlayn məsləhətləşmələr baş tutub. Görüşün məqsədi pandemiya dövründə gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, 14-cü qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirmə və icra mexanizmlərinin müzakirə edilməsi olub. Görüşdə 100-ə yaxın gənclər təşkilatının səlahiyyətli nümayəndəsi iştirak edib.

 

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə gənclər təşkilatlarının da öz fəaliyyətlərini genişləndirməli və şaxələndirməli olduqlarını bildirib. Gənclər təşkilatlarına Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini, koronavirusla mübarizə tədbirləri ilə bağlı maarifləndirici materialların gənclər arasında geniş yayılmasına dəstək olmaları tövsiyə olundu. Qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı kütləvi tədbirlərin təxirə salınmasını nəzərə alaraq,  bu cür görüşlərin videobağlantı formatında davam etdirilməsi gənclərlə iş sahəsində fəaliyyətin fasiləsizliyinin təmin olunmasına şərait yaradır.

 

Fondun nümayəndələri gənclər təşkilatlarının təmsilçilərinin çoxsaylı sualları cavablandırıb, təklifləri dinləyib. Daha sonra görüş gənclər təşkilatlarının layihə müraciətlərinin pandemiya dövrünün tələblərinə uyğun olaraq yenidən baxılması, layihələrin adaptasiyası və sair mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla