Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Ölkə başçısı “Qaçkınkom“un keçmiş fəaliyyəti ilə bağlı dəqiq məlumata malikdir“ – Deputat

Ölkə
“Ölkə başçısı “Qaçkınkom“un keçmiş fəaliyyəti ilə bağlı dəqiq məlumata malikdir“     – Deputat

Xəbər verdiyimiz kimi, bu gün  Prezident İlham Əliyev Kəlbəcərin yeni icra başçısı Azər Qocayevi videoformatda qəbul edib. Ölkə başçısı qəbulda son vaxtlar ölkədə aparılan islahatlardan və məmurların özbaşınalığından söz açıb. O, nitqində son illərdə qaçqınlara verilən evlər zamanı qanunsuzluğa, rüşvətxorluğa və korrupsiya hallarına yol verildiyini bildirib.

 

Qeyd edək ki, 1998-ci ildən 2018-ci ilin aprel ayına kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov olub.

 

Buta.ws Unikal.org-a istinadən bildirir ki, bununla bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı ölkə başçısının qətiyyətli addımlar atdığını və qeyd edilən hallarla bağlı hüquq-mühafizə orqanlarının artıq araşdırmalara başladığını güman etdiyini deyib: “Cənab Prezidentin bu gün Kəlbəcər rayonuna yeni təyin edilən icra başçısı ilə onlayn qəbul zamanı bildirdiyi iradlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Bu gün ölkə miqyasında Prezident İlham Əliyevin aparmış olduğu islahatlar rüşvətxorluğa və korrupsiyaya qarşı geniş miqyas və mahiyyət daşıyır. Ölkə prezidentinin yeni icra başçısına verdiyi tapşırıqların içərisində bu cür məqamlara da toxunuldu. Belə ki, məcburi köçkünlərə verilən evlərdə başqa insanların yaşaması, qeydiyyatda olması, eyni zamanda tikintidə yol verilən korrupsiya faktlarının olması qeyd olundu. Artıq ölkə prezidenti bununla bağlı dəqiq məlumata malikdir. Bu sahədə olan özbaşınalıqlarla bağlı  müvafiq qurumlar tərəfindən araşdırmalar aparıldığına əminəm. Çox sahələrdə bu və buna bənzər hadisələrin şahidi olacağıq”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla