Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qazi Hikmət Məmmədov: “Qazi şəhidin şahididir” - MÜSAHİBƏ

Müsahibə
Qazi Hikmət Məmmədov: “Qazi şəhidin şahididir”     - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi “ Vətənpərvərlik” rubrikasının bu dəfəki qonağı Azərbaycanın Respublikasının qazisi, igid oğlu Hikmət Məmmədov olub.

 

- Necə deyiblər "Gəzməyə qərib ölkə, Ölməyə vətən yaxşı". Bəs sizdə necə, Vətən dedikdə ilk ağılınıza gələn nə olur?

 

- Ağlıma işğal altında olan torpaqlar və bütöv Azərbaycan gəlir.

 

- Qazi olmaq sizin üçün necə bir hissdir?

 

- Qazi olmaq menim üçün vətənə olan borcumu tam yerinə yetirməsəm də, az da olsa şəhidlərimizin qanını yerdə qoymadıq. Qazi şəhidin şahididir və mənim üçün şərəfdir. Vətən və ana, bacılarımız üçün sağlamlığımızı itirdik və bunun üçün şərəf hissi duyuram.

 

- Aprel döyüşləri zaman yaralanarkən yaxınlarınızdan ilk olaraq kim xəbər tutdu?

 

- Yaralananda hərbi hissədən ilk qardaşıma dedilər. O da evdə demədi və mən dörd gün komada qaldım, dedi ayılım sonra anama və yoldaşıma desin. Ana ürəyi dözməz axı ona görə demədi. Sonra anam və yoldaşım bildi və belə də ətrafım hamsı bildilər.

 

- Vətənimizə xidmət hər birimizin borcudur. Yenidən döyüş olsa döyüşmək üçün hazırsınızmı? 

 

- Əlbəttə, çox darıxıram, səhhətim imkan versəydi Vətənə etdiyim xidmətdən heç ayrılazdım. Ürəyim hazırdı və istəyərəm, amma səhhətim imkan versə.

 

- Yararlanarkən ilk hansı hissləri keçirdiniz?

 

- Yaralanmağıma çox təəssüf elədim.Yaralananda vətən sevgisi bizə ağrını hiss etdirmədi və döyüşmək istədim, qan itkisi gücümü aldı, davam edə bilmədim.

 

- Deyirlər gələcək gənclərin əlindədir. Gənclərimizə hansı tövsiyyələriniz var?

 

Gənclərimizə tövsiyyəm odur ki, bu gune kimi düşmənlərimizin bizə etdiklərini unutmasınlar və unutmağa qoymasınlar. Qazilərimizi və şəhidlərimizi özlərinə örnək götürsünlər.

 

Ənvər Əsgərov

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla