Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Musa Quliyev mədəniyyət idarəsinin rəisini qınadı: “Heç kimə bildirməyib”

Cəmiyyət
Musa Quliyev mədəniyyət idarəsinin rəisini qınadı:     “Heç kimə bildirməyib”

“Rafiq Bayramovun göstərişi ilə Gəncədəki 21 musiqi məktəbinin 15-dən pul yığırdım”.

 

Oxu.Az-ın məlumatına görə, bunu Gəncə regional mədəniyyət idarəsinin rəisi Sənan Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın əks etdirildiyi videogörüntülərdə deyib.

 

O bildirib ki, hər məktəbdən 1000 manat pul yığılırdı və bu vəsaitin doqquz min manatını mədəniyyət nazirinin müavini R.Bayramova şəxsən özü təqdim edib.

 

Milli Məclisə Gəncədən deputat seçilən Musa Quliyev Oxu.Az-a mövzu ilə bağlı danışarkən qeyd edib ki, Gəncədə mədəniyyət sahəsində xeyli işlər görülüb.

 

“Amma bu, yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə reallaşıb”, - deyə M.Quliyev əlavə edib.

 

Deputatın sözlərinə görə, Sənan Hacıyevin etiraflarına baxdıqdan sonra təəssüflənib.  

 

“Sənan Hacıyevin söylədiklərini dinlədim və çox təəssüf edirəm ki, belə hadisə baş verib. Onlar bu qanunsuz əməllər barədə kiməsə bildirməyib”, - deyə M.Quliyev əlavə edib.

 

Deputat bildirib ki, bir sıra regional mədəniyyət idarələrinin rəisləri (Şəmkir, Gəncə və Sumqayıt - red.) DTX-nin əməliyyatı ilə tutulan mədəniyyət nazirinin müavini Rafiq Bayramovla əlbir olublar.

 

“Düşünürəm ki, onlar da eyni məsuliyyəti daşıyacaqlar”.

 

Qeyd edək ki, DTX mayın 8-də məhkəmənin qərarı əsasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlarda əməliyyat keçiriblər.

 

Baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

 

R.Bayramov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə maddələri ilə təqsirli bilinir. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla hər iki şəxs vəzifələrindən azad olunub.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla