Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Xatirə İslam: "Bir anlıq yuxudan oyanırsan ki, gərək bunu etməyəydim" - MÜSAHİBƏ

Maqazin
Xatirə İslam: "Bir anlıq yuxudan oyanırsan ki, gərək bunu etməyəydim"     - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rubrikasının bu dəfəki qonağı sevimli və tanınmış müğənni Xatirə İslam oldu. 

 

Xatirə xanım saytımıza özəl müsahibə verdi.

 

- Xatirə xanım, karantin müddətini necə keçirirsiniz? Günün çox hissəsini hansı işlə məşğul olursunuz?

 

- Karantin müddətini çox maraqlı keçirirəm. (Gülür) Bütün günü qab yuyuram. Yemək bişirməkdən, bıçaqdan istifadə etməkdən əllərim mazol olub. Baxın, karantini beləcə, mətbəxdə keçirirəm. Karantin başlayandan sms icazəsi almadan, ümumiyyətlə vacib olmadığı təqdirdə bayıra çıxmamışam. Qaydalara əməlli-başlı əməl etmişəm. Heç məndən çıxmayan iş...

 

- Sosial şəbəkədə sizə qarşı yönələn iyrənc, əsassız rəylərə münasibətiniz necədir? Cavab verirsinizmi o cür insanlara?

 

- Sosial şəbəkədə mənə yönələn xoşuma gəlməyən, ələlxüsus da ədalətli olmayan rəylərə cavab vermirəm, həmin an bloka atıram. Özümü kiməsə sübut etməli deyiləm ki... Səni sevməyən insan onsuz da sevməyəcək. Sevən insan isə, səhvlərinə göz yumayacaq. Çünki ürəyində sənə qarşı sevgi və hörmət var. Nəsə səhv söz işlətsən də, rəylərdə bildirməyəcək. Amma sevməyən daima səhv axtaracaq. 

 

- Xatirə xanım, muğam yoxsa estrada? Hansına daha çox üstünlük verirsiniz? Bildiyimizə görə siz xanəndəsiniz...

 

- Bəli, mən xanəndəyəm. 21 illik səhnə fəaliyyətimin haradasa 10 ilini muğam oxumuşam. Düzü, İslam Rzayevdən sonra həvəsdən düşdüm. Muğamı bilmək yaxşıdır. Bəlkə də sırf xanəndəliklə məşğul olsaydım, bəzi məqamlar da fərqli şəkildə olardı. Muğam ciddi sənət kimi qəbul olunur. Fəxri ad verilərkən də bu faktorlar nəzərə alınır. Bəlkə də mən mahnı janrında oxuyuram deyə istədiyim qədər ədalətli qiymətləndirilməmişəm. İnşAllah bəlkə keçdim muğama... 

 

- Tamaşaçılara çox vaxt maraqlı olan suallardan biri də, müğənnilər mahnı yazdırmağa studiyalara gecə niyə gedir?

 

- Əslində mənim üçün fərqi yoxdur. Amma ki, studiyada işlərin çoxu gecə görülür. Orda işləyənlər də işə gecə gedirlər. Ona görə də həmişə musiqini gecə yazdırmaq daha rahat olur. 

 

- Ailə və sənəti bir çox məşhurlar bir arada tuta bilmir. Bəs sizin ailənizin yaşama sirri nədir? 

 

- Düzdür, bu həqiqətən də çox çətindir. Məsələn, birində gecə gedirsən mahnı yazdırmağa, artıq ikinci dəfə gedəndə biraz mısmırıq olur evdə. Dostlarla, sənət yoldaşlarınla bəzən şəkil çəkəndə özünü sərbəst hiss edirsən. Birinin əlindən tutursan, birinin qolundan, birinin boynundan... Sonra həmin şəkili görəndə bir problem yaşanır. Amma insan sərbəst olmaq istəyir. Elə məqamlar var ki, bir anlıq yuxudan oyanırsan ki, gərək bunu etməyəydim. Düz qeyd edirsiniz ki, ailə olanda bəzi kiçik problemlər üzə çıxır. Hələki hər şey yaxşıdır. İnşAllah hər şey yaxşı olar. Kimin qismətində nə varsa, o qədərdir. 

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla