Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası keçirilib – FOTO

Cəmiyyət
Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası keçirilib    – FOTO

Pakistanda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti xeyriyyə aksiyası keçirilib.

 

Buta.ws Trend-ə istinadən xəbər verir ki, aksiya çərçivəsində İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzini ziyarət edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərkəzin tibb heyəti, həmçinin pasiyentlər və onların ailə üzvləri ilə görüşüb.

 

Mərkəzin baş administratoru, ehtiyatda olan hərbi hava qüvvələri vitse-marşalı Aftab Hüseyn mərkəz və orada müalicə alan pasiyentlər haqqında məlumat verib. Baş administrator 20 ildən çoxdur ki, fəaliyyət göstərən Sundas Talassemiya Mərkəzində hazırda Pakistanın müxtəlif bölgələrindən olan, talassemiyadan əziyyət çəkən 350-dən çox və hemofiliyadan əziyyət çəkən 60-dan çox uşağın pulsuz müalicəsinin aparıldığını, həmçinin qan köçürmələri həyata keçirildiyini bildirib. Bu sahədə Pakistanda ilkə imza atan, Pakistan Prezidentinin və birinci xanımının da ziyarət etdiyi mərkəzin, eyni zamanda, xəstələrin ailələrinə də mümkün qədər maddi və logistik dəstək göstərdiyini diqqətə çatdırıb.

 

Səfir Əli Əlizadə Heydər Əliyev Fondunun talassemiya xəstələri üçün ölkəmizdə və xaricdə ciddi işlər gördüyünü, Talassemiya Mərkəzinə təqdim ediləcək tibbi ləvazimatların, ərzaq paketlərinin və hədiyyələrin də məhz fondun dəstəyi ilə təmin edildiyini bildirib.

 

Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün yeni məktəbin inşası ilə başladığını bildirən səfir Fondun sosial və humanitar layihələrinin Pakistanın bütün əyalətlərində davamlı həyata keçirildiyini qeyd edib. Fondun İslamabadda yerləşən Talassemiya Mərkəzinin təsis edilməsi, təcili yardım avtomobillərinin, minlərlə qan kisəsinin Pakistanın müxtəlif xeyriyyə təşkilatlarına təqdim olunması ilə yanaşı, hər il Ramazan ayında kimsəsiz və qüsurlu uşaqları da unutmadığını, onlar üçün iftar yeməkləri verdiyini, hədiyyələr təqdim etdiyini vurğulayıb. Ötən il Pakistan Prezidentinin və birinci xanımının da Prezident Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə kimsəsiz və qüsurlu uşaqlar üçün verilmiş iftar yeməyinə qoşulduqlarına görə Talassemiya Mərkəzinin pasiyentlərinə təşəkkür edən səfir pandemiya ilə əlaqədar iftar yeməklərinin verilməsinin bu il təəssüf ki, mümkün olmadığını, lakin Fondun digər xeyriyyə aksiyalarının davam edəcəyini bildirib. Ə.Əlizadə Fondun Pakistanda həyata keçirdiyi bütün sosial və humanitar layihələrin Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməsinə və dərinləşdirməsinə xidmət etdiyini bildirib. Sonda Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi maskalar, eləcə də Talassemiya Mərkəzinin pasiyentləri üçün hazırlanmış ərzaq paketləri və uşaq oyuncaqları təqdim edilib.

 

Mərkəzin baş administratoru Aftab Hüseyn Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələrin davamlı xarakter aldığını vurğulayıb, Talassemiya Mərkəzinə təqdim edilən qan kisələri, tibbi maskalar, həmçinin ərzaq paketləri və hədiyyələrə görə Fonda və onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla