Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

3 uşaq anasını döyüb, itin yerinə zəncirlədilər, sonra... - Azərbaycanda dəhşətə gətirəcək olay - VİDEO

Cəmiyyət
3 uşaq anasını döyüb, itin yerinə zəncirlədilər, sonra... -     Azərbaycanda dəhşətə gətirəcək olay - VİDEO

36 yaşlı qadın həyat yoldaşı tərəfindən övladları ilə birlikdə işgəncələrə məruz qalıb. Bir neçə dəfə həbsdə olan həyat yoldaşı onu zəncirə vurub, övladları ilə şantaj edib. Zorakılıq qurbanı olan qadın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

 

Buta.ws Xəzər TV-yə istinadla xəbər verir ki, əzabın izləri təkcə bədənində deyil. Ruhu zülüm görüb bu qadının. Baxışları sönüb, gülməyi unudub. 36 yaşında iki övladı ilə sanki cəhənnəmi görüb qayıdıb. Qoşulub qaçdığı həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb. Döyülüb, söyülüb, hətta həyətdəki itin yerinə zəncirə vurulub. Dözüb... Səbəbini özü də bilmir. Niyə döyüldüyünü bilmədiyi kimi...

 

O, qızını dünyaya gətirmək istəməyib. Amma valideynləri ona mane olublar. "Övladı Allah verib, ona toxunma" deyərək bütün müalicələrini üzərlərinə götürüblər. Həyat yoldaşı həbsdə olanda səkkiz il arxasınca həbsxanaya gedib gəlib, uşaqlarını böyüdüb. Və ümid edib ki, yoldaşı həbsdən qayıdanda hər şey düzələcək. Çünki həyat yoldaşı ona söz verib...

 

Bir axşam uşaqlarından biri əgər o evdən getməsələr özünü həyətdəki quyuya atıb öldürəcəyini deyir. İşgəncə də elə həmin axşam başa çatır. 102 qaynar xəttinə edilən zənglə xanımı polis əməkdaşları evdən çıxarıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla